EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar Sərgi və Konfransı

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Rəsmi kataloq

İştirakçıların siyahısı

Sərgi qəzeti
BAKUTEL - Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir
Media мərkəz » Xəbərlər

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir
08.11.2018

Xəbərlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə dünyanın ən sürətli qapıçısı “Robokiper” ölkəmizə gətiriləcək.

“Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel  2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar  sərgi və konfransında təqdim olunacaq.

Alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı “Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları bu qapiçıya qol vura bilməyiblər.

“Robokiper”-in ölkəmizə 2019-cu ildə Bakıda mayın 29-da Olimpiya stadionunda  keçiriləcək UEFA Avropa Liqasının final matçı ərəfəsində gətirilməsi gənclər arasında futbola marağın daha da artırılması məqsədi daşıyır.

“Bakutel 2018” iştirakçıları “Robokiper”-ə qol vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, “Aloff” firması tərəfindən isə futbol topu təqdim ediləcək.

Qeyd edək ki, “Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Robokiper”-ə qol vurmağa çalışacaq.



TƏRƏFDAŞLAR