EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Sərgilər sizin sahənizə aid olan peşəkarları bir araya toplamaq üçün mükəmməl platformadır!
Media мərkəz » Xəbərlər

Sərgilər sizin sahənizə aid olan peşəkarları bir araya toplamaq üçün mükəmməl platformadır!
20.02.2018

Xəbərlər

Cari ilin aprel ayında “Iteca Caspian” şirkəti tərəfindən Azərbaycanda təşkil olunan beynəlxalq sərgilər mövsümü öz işinə başlayır (il ərzində 16 sərgi və 1 konfransın keçirilməsi planlaşdırılıb). Bu ilin əhəmiyyətli hadisəsi isə Azərbaycanda təşkil olunan ilk ixtisaslaşdırılmış sərgi və konfrans - Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisinin 25 illik yubileyi olacaq.

Sərgilər dövlət sənaye strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin hər il bir çox sərgini ziyarət etməsi isə bu tədbirlərin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini və ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu nümayiş etdirir. Tədbirin beynəlxalq statusu Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına üzvlük ilə tamamlanır və burada sərgilər elan olunan statistik məlumatlar və tələb olunan təşkilatı səviyyəyə uyğunluq baxımından hər il kompleks yoxlamadan keçərək keyfiyyət nişanı ilə təltif olunur. Əsas sənaye sərgiləri beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.

Sərgi mövsümü 5 aprel  tarixində start götürən 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” və 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018”  sərgiləri ilə açılacaq.

“AITF 2018” sərgisində müxtəlif turizm istiqamətləri, aviaşirkətlər, otel şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmətləri təqdim olunacaq. Sərgidə dünyanın 20-dən çox ölkəsini təmsil edən şirkətlərlə yanaşı, bir sıra ölkələr də ənənəvi olaraq öz milli stendləri ilə çıxış edir. Bu il İtaliyanın milli stendi “AITF 2018” sərgisində debüt edəcək. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi qismində tədbirin daimi iştirakçısı olan Bolqarıstan Respublikası çıxış edir. Sərginin intensiv inkişaf edən sektorlarından biri də “Tibbi və Sağlamlıq Turizmi” sektorudur və iştirakçılar bu sektor çərçivəsində xaricdə istirahət ilə yanaşı, yüksək ixtisaslı tibbi yardım imkanını da təmin edən xidmətləri nümayiş etdirəcəklər. “HOREX Caucasus 2018” sərgisində yuyucu vasitələr, peşəkar təmizlik avadanlıqları, paslanmayan polad məhsullar, qab-qacaq, eləcə də qəhvə, qəhvə maşınları, satış avtomatları, camaşırxana avadanlıqları, havatəmizləyən filtrlər, “HoReCa” sektoru üçün trüfellər və bir sıra digər məhsullar təklif edən şirkətlər iştirak edir.

Daha sonra sərgi estafetini 16-18 may tarixində keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2018” sərgiləri davam etdirəcək. Tədbirdə dünyanın 20 ölkəsini təmsil edən iştirakçılar yerli və xarici istehsalçıların geniş çeşidli məhsullarını nümayiş etdirəcəklər. Sərgidə həmçinin Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendlərinin iştirakı da gözlənilir. Bu il sərgidə süd, qənnadı məmulatları, şokolad, soyuducu avadanlıq təchizatçıları, eləcə də çay istehsalçıları və distributorları xüsusi fəallığı ilə seçilir. “Ipack Caspian 2018” sərgisinin iştirakçıları arasında həm tara və qablaşdırmaları, həm də onların istehsalı üçün müxtəlif həll variantlarını təklif edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin bir sıra şirkətləri yer alır. Bu il sərgidə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası (AQSA) debüt edəcək.

May ayının 29-dan etibarən mütəxəssislərin diqqəti Xəzər regionunda energetika sektorunun ən böyük tədbiri hesab olunan 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgi və konfransına yönələcək. Keçirildiyi illər ərzində Azərbaycanın bu ilk ixtisaslaşdırılmış sərgisi dünyanın aparıcı ekspertləri və neft sənayesinin liderlərini bir araya gətirən əsas sənaye forumu statusunu qazanmışdır. Xəzər Neft və Qaz sərgisinin təşəbbüskarı bu il anadan olmasının 95-ci ildönümü qeyd olunan Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevdir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin tədbirin təntənəli açılış mərasimində iştirakı sərginin yüksək statusunu ön plana çəkir. Keçirildiyi illər ərzində “Caspian Oil and Gas” sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR tərəfindən dəstəklənir. Bu il isə yubiley sərgi 250-dən çox iştirakçını bir araya gətirəcək, belə ki, artıq sərgi platformasının 70%-dən çox hissəsi sərginin daimi iştirakçıları - dünya üzrə tanınmış şirkətlər tərəfindən bron edilib. Hər il sərgini müşayiət edən ənənəvi “Caspian Oil and Gas” konfransı uzun müddət, yəni 25 il ərzində keçirilməsinə baxmayaraq, həmişəki kimi bütün dünyanın neft-qaz elitasının diqqət mərkəzindədir. 30-31 may tarixində “Fairmont Baku” otelində keçiriləcək bu konfransda 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Bu il konfransın plenar iclasının mövzusu “Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər-neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar”.

Energetika və elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət və enerji səmərəliliyi, kabel-naqil məhsulları və işıqlandırma sistemləri kimi sahələri əhatə edən geniş çeşidli avadanlıq və xidmətlər 8-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2018” sərgisində təqdim olunacaq.

Sərgilərin yaz mövsümü isə nəqliyyat sektoruna aid olan: 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Transcaspian/Translogistica”, 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” və 5-ci Yubiley Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2018” üç sərgiləri ilə yekunlaşacaq. Sərgilərin ekspozisiyası dəmir yolu və ictimai nəqliyyat sektorları, o cümlədən metro tikintisi və liman avadanlıqları üzrə yeniliklərin kompleks nümayişinə çevriləcək.

Yay fasiləsindən sonra oktyabr ayında aşağıdakı beynəlxalq sərgiləri ehtiva edən payız sərgi mövsümü öz işinə başlayacaq: 24-cü Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo”, 11-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku”, 11-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “CIPS”, 24-cü Azərbaycan Beynəlxalq Səhiyyə

“BIHE”, 13-cü Azərbaycan Beynəlxalq Stomatologiya “Stomatology Azerbaijan” və 12-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan”.                                                                                                   

Beləliklə, siz bu sərgilərdə yenidən potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr qurmaq, yeniliklərlə tanış olmaq imkanı əldə edəcəksiniz. Builki sərgilərin sponsorları sözügedən tədbirlərin şirkətlərin işgüzar həyatındakı əhəmiyyətini ön plana çəkir. Sponsorluq edən şirkətlərin arasında artıq bu müəssisələr var:  SOCAR, BP, AZFEN J.V., Azeri M-I Drilling, Baku Steel Company, Baku Steel Company, Bos Shelf, Caspian Drilling Company, Caspian Marine Services, Dentons, Global Energy, Ernst & Young, Inpex Corporation, NB Qrup ASC, Nobel Upstream, Lamor, Statoil, Socar Polymer, Socar-AQS LLC, S.C. Euro Gas Systems, Tekfen Construction, Total E&P Absheron, Türkiyye Petrolleri, Tenaris Connections BV. 2018-ci il üzrə sərgilərin tərəfdaşları arasında “Premier Tour” şirkəti (rəsmi turoperator), “Qafqaz Point Hotel” və “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər) və rəsmi stend montajçısı “AzExpoMontage”  şirkəti yer alır.

Bütün sərgilərin keçirildiyi daimi məkan Bakı Ekspo Mərkəzidir və hər zaman olduğu kimi, bu il də sərgilərdə eksponent və qonaqların rahatlığı üçün bir sıra xidmətlər təklif olunacaq. Belə ki, Bakı Ekspo Mərkəzində iştirakçılar üçün pulsuz Biznes və Mətbuat Mərkəzi ilə yanaşı, bilavasitə kompleks ərazisində kafe və restoranlar fəaliyyət göstərəcək və mobil telefonlar üçün enerji yükləmə stansiyası təmin olunacaqdır.

Bu il təşkilatçılar “BakuBuild Azerbaijan” sərgisində ilk dəfə olaraq ziyarətçilər üçün qeydiyyat ilə bağlı yeniliklər təqdim edəcəklər. Bu yeniliklərdən biri də qeydiyyatdan keçən ziyarətçilərə (onların profilinə uyğun) ziyarət edilməsi tövsiyə olunan sərgi iştirakçılarının siyahısının təqdim edilməsidir. Bu rahat və  pulsuz xidmət sərgidə şirkətlərin axtarışına sərf olunan vaxta qənaət etməyə və bu vaxtı potensial tərəfdaşlar ilə işgüzar danışıqlara sərf etməyə imkan yaradacaq.

Azərbaycan sərgiləri artıq uzun müddətdir ki, “Sərgi +” adlanan və sərgiləri müşayiət edən beynəlxalq konfrans, seminar və təkbətək görüşlərin keçirildiyi hərtərəfli işgüzar ünsiyyət platformasına  çevrilib və bu baxımdan, 2018-ci il də istisna olmayacaq. Hər bir sərgi çərçivəsində yerli və xarici sahibkarların iştirakı ilə “B2B” formatlı görüşlər, eləcə də tematik konfranslar təşkil olunacaq. Burada siz mütəxəssislər, nazirlik nümayəndələri, habelə sənaye ittifaqları və assosiasiyalarının rəhbərləri, eləcə də jurnalistlərlə görüşə biləcəksiniz. Sərgi iştirakçıları ilə yerli istehsalçılar və distributorlar arasında keçirilən “B2B” formatlı görüşlər bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə effektiv işgüzar platformaya çevriləcək və bu da öz növbəsində səmərəli tərəfdaşlıq münasibətləri, distributor şəbəkələri və yerli bazara yeni mal və xidmət növlərinin çıxarılması ilə nəticələnə bilər. Həmçinin iştirakçılara sərgilərdəki bütün resurslardan səmərəli şəkildə istifadə olunmasına kömək etmək məqsədi ilə sərgilərin açılışından xeyli əvvəl işgüzar səhər yeməkləri ənənəsi də davam etdiriləcək.

Təşkilatçılar veb-saytda “onlayn” qeydiyyat xidmətindən fəal istifadə etməyi məsləhət görürlər, belə ki, cəmi bir neçə dəqiqə çəkən bu prosedur Bakı Ekspo Mərkəzində qeydiyyatdan keçərkən sərf olunan vaxta xeyli qənaət etməyə imkan verir. Erkən qeydiyyat sayəsində siz iştirakçıların siyahısını, sərgilər haqqında məlumatı və əlaqədar biznes tədbirlərinin cədvəlini operativ şəkildə əldə edə bilərsiniz. Bu il veb-saytlarda ziyarətçilər üçün “Şəxsi kabinet” funksiyası yaradılıb və bu funksiya sərgi iştirakçıları və onların təklif etdikləri məhsullar haqqında daha ətraflı məlumat əldə etməyə imkan verir. Siz http://iteca.az/ru-video.htm veb-saytında yerləşdirilmiş video-çarxda elektron qeydiyyat üzrə mərhələli təlimatla tanış ola bilərsiniz. 

Beləliklə, növbəti sərgi mövsümü bütün sənaye sahələrinin peşəkar və mütəxəssislərinə qısa müddət ərzində aktual və faydalı məlumatlar toplamaq, yeni biznes istiqamətlərini müəyyən etmək və etibarlı tərəfdaşlarla görüşmək, eləcə də yeni şirkətləri maraqlandıraraq onları Xəzər regionuna cəlb etmək üçün  şərait yaradacaq. Burada həmçinin yerli sahibkarlarla sərgidə iştirak edən digər ölkələrin özəl sektor nümayəndələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, yerli məhsulların xarici bazarlara çıxarılması və potensial investorlar ilə görüşmək üçün imkan yaradılır.  Sərgilər haqqında daha ətraflı məlumatı şirkətin www.iteca.az rəsmi internet saytından əldə etmək mümkündür. #ItecaCaspian #BakuExhibitions

 




TƏRƏFDAŞLAR