EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - “Yüksək Texnologiyalar Həftəsi”nin yekunu
Media мərkəz » Xəbərlər

“Yüksək Texnologiyalar Həftəsi”nin yekunu
11.12.2017

Xəbərlər

5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransı keçirilmişdi və beləliklə də “Yüksək Texnologiyalar Həftəsi”nə start vermişdi. Bu gün “Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT-nin  müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumat mübadiləsi və emalı məqsədi ilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin “Bakutel” sərgisini ziyarət etməsi artıq bir ənənəyə çevrilib. “Bakutel” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi “Bakutel” sərgisinin beynəlxalq nüfuzundan xəbər verir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Sərginin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi və konfransında Elmir Vəlizadə, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini, Edvard Stroon - “Caspian Event Organisers” şirkətinin direktoru və sərgi meneceri – xanım Emiliya İsmayılova çıxış ediblər. Mətbuat konfransında 30-dan artıq KİV nümayəndələri iştirak etmişdi, onların arasında AzTv, Azertag, APA, CBC, Interfax, Lider və s. 

Bu ilki sərgi dünyanın 20 ölkəsini təmsil edən 192 şirkəti bir araya toplayıb. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr yer almışdı. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alıb. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edib. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil ediblər. Sərgiyə ilk dəfə qatılan iştirakçılar arasında BMC Software, Hikvision, Qmatic, Nexus Telecom və digər yerli şirkətlər yer alıblar. 20 ildən artıq müddət ərzində tədbirin iştirakçısı olmuş “Azercell” şirkəti “Bakutel” sərgisinin baş sponsoru qismində çıxış edib.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunması “Bakutel” sərgisinin ənənəsinə çevrilib. Bu il dünyanın 10 ölkəsi – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim ediblər.

Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim ediblər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və  əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunubdur.

Ənənəvi olaraq, sərgidə bu “startap”lara böyük diqqət yetirilir. Regionun ən böyük İKT tədbirində sənaye liderləri və dövlət strukturları ilə yanaşı, iştirak etmək onların layihələrini dövlət və özəl təşkilatlar tərəfindən verilən investisiyaları almaq üçün təqdim etməyə unikal fürsət yaradır. Ümumilikdə, sərgi çərçivəsində 20 məhsul təqdim olunub. Bu məhsullar arasında düz qamətin formalaşdırılmasına kömək edən “Spinal” qurğusu və mobil tətbiqi, Azərbaycan apteklərində lazımı dərman preparatını asanlıqla və istənilən vaxt tapmaq üçün “Tabletka.az” tətbiqi, Azərbaycanda ilk və yeganə ekoloji təmiz “VeloKuryer” kuryer şirkəti, əl ilə çəkilmiş istənilən eskizi smartfona göndərən və müvəqqəti mürəkkəbi olan “Wand” qələmi, eləcə də milli komiks, oyuncaq, animasiya və vətənpərvərlik ruhunda videoların hazırlanması istiqamətində iş aparan “İRS Cizgi” komandasının məhsulları yer alıb.

Dörd gün davam edən sərgi yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunub.

Ənənəvi olaraq, sərgini xarici mütəxəssislər, İKT qurumların rəhbərləri ziyarət edirlər. Bu il sərginin şərfəli qonaqları arasında: Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhao, Regional Rabitə Birliyin baş direktoru Nurudin Muhitdinov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Halil İbrahim Akca, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mohammad-Cavad Azari Jahromi, Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforov, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslan, Qazaxıstan Respublikasının İnformasiya və Rabitə Nazirliyinin Telekommunikasiya üzrə Komitəsinin sədri Adil Kozhikhov, Belarus Respublikasının rabitə və  informasiyalaşdırma nazirinin müavini Anna Rabava, Əfqanıstan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Mohammad Hadi Hedayati, Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin (TRA) baş direktoru Hamad Al Mansoori, "İntersputnik"in baş direktoru Vadim Belov və digərləri yer alıb.

Sərginin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı da olduqca zəngin idi. Sərginin proqramı müxtəlif konfrans və görüşlərdən ibarətdir. İşgüzar proqramı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yüksək səviyyəli görüş; İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı; “E-Hökumət, E-iştirak və Açıq hökümət üzrə milli potensialın inkişaf etdirilməsi” seminarı; “EU4 Digital: İKT innovasiya şəbəkəsi” üzrə II seminarı; “V Regional İnternet İdarəçilik Forumu”; “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüslərinin tətbiqini sürətləndirilməsi” seminarı keçirilibdir.

Həmçinin “Bakutel-2017” sərgisinin təşkilatçıları tərəfindən planlaşdırılmış işgüzar proqram çərçivəsində “Birləşmiş dünyada yeni imkanlar” mövzusunda İKT konfransı keçirilib. Konfrans çərçivəsində çıxışlar və sərgidə iştirak edən aparıcı şirkətlərin, o cümlədən “Agile”, “Comfort International”, “Elcore Group”, “Microsoft Azerbaijan”, “Huawei”, “Bestcomp Group”, “Nokia”, “Softline”, “SMART Business” və s. şirkətlərin məhsul, xidmət və layihə təqdimatları olunub.

Sərginin birinci və ikinci günlərində “B2B” formatlı görüşlər keçirilib və bu görüşlər zamanı sərgi iştirakçıları və peşəkar ziyarətçilər biznes əlaqələri üçün əlavə imkanlar əldə ediblər.

Bu il təşkilatçılar tərəfindən həyata keçirilən yenilik sərginin iştirakçılarına təşkil olunan işgüzar ziyafət olub. İşgüzar ziyafətin keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. İşgüzar ziyafət təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş “Big City Coaching” şirkətinin bələdçisi Ksenika Borisova tərəfindən aparılıb. Ziyafət zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb. Bundan başqa, təşkilatçılar işgüzar ziyafət keçirməklə iştirakçılara bir-biriləri ilə tanış olmaq imkanı yaradıb, çünki onların əksəriyyəti bir-birilərinin potensial müştəriləri olsalar da, sərgi zamanı stendlərdə aparılan gərgin işə görə belə imkana malik olmurlar.

“Bakutel 2017” sərgisini 6620 nəfər ziyarət edib.Hər il sərgi təşkilatçıları layihə iştirakçılarına xüsusi sertifikatlar təqdim edirlər və bu il istisna olmadan xüsusi sertifikatlar aşağıdakı şirkətlərə təqdim olundu:

“Ən yaxşı korporativ üslubu”– Nokia

“Ən yaxşı təqdimat” – Ministry of Transport, Communication and High Technologies of Azerbaijan Republic

“Ən yaxşı standart quraşdırma” – Croatia

Müştəriləri cəlb etmək üçün ən yaxşı üsul – RCNTEC

“Ən kreativ stend” – Azercell

“Ən çox ziyarət olunan stend” – Azerfon

“Ən yaxşı debüt” - Hikvision

“Ən yaxşı məhsul təqdimatı” – Microsoft

“Ən yaxşı şirkət təqdimatı” – Turkey

“Ən original stend” – Bakcell

“Ən yaxşı şirkət təqdimatı” – Bestcomp

“Ən yaxşı xidmət təqdimatı” – Softline

Həmçinin işgüzar görüş və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarına informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalar hazırlanmışdı. Foyedə “Photobox” aparatı quraşdırılmışdı və arzu edən ziyarətçilər bu aparatın köməyi ilə fotoşəkil çəkdirə və yerindəcə çap olunan fotoşəkili e-poçt ünvanına göndərə və ya sosial şəbəkələrdə paylaşa bilirdilər. Sərgi kompleksinin ikinci zalında isə Oyun zonası yerləşmişdi. Burada yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” tərəfindən hazırlanmış, eləcə də “Omarov's Game Studio” şirkətinin təqdim etdiyi oyunlar təqdim olunmuşdu.

2018-ci ildə 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı “Bakutel 2018” 4-7 dekabr ayının tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

#Bakutel




TƏRƏFDAŞLAR