EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Stendin rezervasiyası

Hesabatlar

Rəsmi kataloq
bakutel - Nəqliyyat sahəsi üçün kompüter proqramları
Media мərkəz » Xəbərlər

Nəqliyyat sahəsi üçün kompüter proqramları
07.12.2017

Xəbərlər

Kosaralsadat Mojabi, “Asanbar” (İran) şirkətinin meneceri

“Asanbar” şirkəti nəqliyyat sahəsi üçün kompüter proqramlarının aparıcı istehsalçılarından biridir. Bizim proqramlarımız və veb-saytımız ilk növbədə (birbaşa) sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə xidmət edir, onlara öz aralarında daha operativ ünsiyyət yaratmağa imkan verir. Məhsullarımız sayəsində İranda hər gün minlərlə nəqliyyat əməliyyatı həyata keçirilir. “Asanbar” şirkətinin proqramından istifadə etmək çox asandır. İş adamları və nəqliyyat şirkətləri özləri və məhsulları haqqında məlumatları yerləşdirir, nəqliyyat vasitələrinin sahibləri isə malların xüsusiyyətlərindən asılı olaraq daşıma tariflərini təqdim edirlər. Qarşılıqlı razılaşmadan sonra malların çatdırılması həyata keçirilir. Proqramın xüsusiyyətləri arasında daşıma üçün hesablamalar aparmaq, zəruri sənədləri və endirimlər təqdim etmək, müxtəlif nəqliyyat şirkətlərinə yük haqqında məlumatlar göndərmək və s. yer alır.

Bizim əsas məqsədimiz yükgöndərənlərə və yük daşıyıcılarına ölkə daxilində, eləcə də ölkədən kənarda yük daşımaları üçün ən əlverişli şərtləri seçməyə kömək etməkdir. Biz müştərilərin rahatlığı üçün xidmətlərə görə istənilən vasitə ilə ödəniş imkanı təqdim edirik. Bu yaxınlarda şirkətimizin Kanadada nümayəndəliyi – “Freightgram” şirkəti təsis edilib.

“Bakutel” sərgisinin işində iştirakdan, sərginin ümumi təşkilatçılığından və miqyasından, keçirilən görüşlərdən və aparılan danışıqlardan çox razıyıq. Azərbaycan Respublikasının Prezidenti, ölkənin Birinci xanımı, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, eləcə də tanınmış beynəlxalq və yerli şirkət nümayəndələrinin stendimizi ziyarət etməsi bizim çox məmnun edib.

 



TƏRƏFDAŞLAR