EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Stendin rezervasiyası

Hesabatlar

Rəsmi kataloq
bakutel - Xorvatiya şirkətlərinin uğurlu iştirakı
Media мərkəz » Xəbərlər

Xorvatiya şirkətlərinin uğurlu iştirakı
07.12.2017

Xəbərlər

Aleksandr Fridman, IT Assosiasiyası, Xorvatiya milli stendi

Biz dəfələrlə “Bakutel” sərgisində Xorvatiya şirkətlərinin kollektiv qrupunu təqdim etmişik və bu şirkətlər qrupunun iştirakı həmişə uğurlu olub və yaxşı nəticələr verib. Bu, əlbəttə ki, çox sevindirici bir haldır. Bu gün milli stendimizdə həm də yeni, həm də Azərbaycan bazarında uzun yaxşı tanınan şirkətləri təqdim edirik. Bunların arasında 2016-cı ildə Azərbaycanda nümayəndəliyi açılmış, bütün dünyada tanınan “Span”” şirkəti yer alır. Şirkət bir çox sahələrdə, lakin əsasən “Microsoft” şirkətinin məhsulları istiqamətində işləyir.

“FactoryX” şirkəti müştərilərə ən keyfiyyətli xidmətləri təqdim edir. Bu şirkət “Microsoft” şirkətinin platformasına əsaslanan qocalar evi üçün xüsusi tətbiqi Azərbaycan bazarına gətirib. Bu tətbiq yaşlı insanın evə qəbul edilməsindən tutmuş, onun müalicəsinin təyin edilməsinə qədər təşkilatçılıq üzrə bütün funksiyaları birləşdirir. “BankSoft” şirkəti Azərbaycanda yaxşı tanınır, ən böyük banklardan biri ilə əməkdaşlıq edir və bank sistemləri üçün xüsusi proqramlar təqdim edir. “Strateg” şirkəti milli stendə daxil olan yeni şirkət olub turizm sahəsində fəaliyyət göstərir və “MerSistem” şirkəti aviasiya sahəsi üçün təhlükəsizlik proqramları hazırlayır.



TƏRƏFDAŞLAR