EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Rabitə sahəsində ən yaxşı xidmətlər
Media мərkəz » Xəbərlər

Rabitə sahəsində ən yaxşı xidmətlər
07.12.2017

Xəbərlər

Ruhulla Abdullayev, “Şəbəkə” şirkətinin supervayzeri

Bizim fəaliyyət xidmətlərin bir məkanda toplanması ilə şərtlənir, proqram təminatımız bütün meyarlara və müasir standartlara cavab verir və Rabitə Nazirliyinin xidmətlərini bir arada toplayır. Bu gün biz müasir lazer printerləri, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi / ödəniş məntəqələri, bankomatlar, tamamilə yenilənmiş abunə qutuları, eləcə də istənilən növ telekommunikasiya və poçt, bank və maliyyə xidmətlərinə şirkətimizdə birləşdirmişik. Ümumiyyətlə, təxminən 250 xidmət təklif edirik. Sərgidə stendimizin bir hissəsini bizim markaların ekspozisiyası tutur. Bu yeniliklə vətəndaşlar hər hansı markanı istənilən dizaynda seçə və sifariş edə bilərlər. Ziyarətçilər burada yaxın aylarda bizim şəbəkənin bütün mərkəzlərində təklif ediləcək xüsusi marka seçim terminalını test edə bilərsiniz.

Əminliklə deyə bilərəm ki, köhnə sistemdən tamamilə uzaqlaşmışıq. Əsas vəzifəmiz departamentimiz tərəfindən göstərilən ən yaxşı xidmət sayəsində vətəndaşların ehtiyaclarını təmin etməkdir. Bizim xidmətlər daha rahat olub və asanlaşıb. Bütün əməliyyatlar müasir texnologiyaların köməyi ilə həyata keçirilir. Bundan başqa, bütün proseduralar sonradan hər hansı bir problemi aradan qaldırmaq üçün qeyd olunur. Biz “Bakutel” sərgisində ikinci dəfə iştirak edirik. Ziyarətçilər təklif olunan bütün xidmətlər ilə tanış ola, terminalları test edə bilərlər. Sərgi çox səmərəli keçir, biz artıq bizi maraqlandıran şirkətlərlə bir sıra görüşlər keçirmişik. Alınan təklifləri daha sonra təhlil edəcəyik.




TƏRƏFDAŞLAR