EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Vahid məlumat bazasının perspektivləri
Media мərkəz » Xəbərlər

Vahid məlumat bazasının perspektivləri
07.12.2017

Xəbərlər

Ayxan Qədəşov, “Azexport” şirkətinin meneceri

Portal ölkədə istehsal olunan bütün məhsulların vahid məlumat bazasını yaratmaq məqsədi ilə 2016-cı ildə təsis edilib. Müvafiq olaraq, potensial alıcılara daxili bazarın məhsulları barədə əsas beynəlxalq ticarət platformalarında məlumat verir. Bunun üçün yalnız qeydiyyatdan keçmək kifayətdir.

Biz yeni innovativ texnologiyalarımız sayəsində məhsullar barədə avtomatik məlumatın verildiyi aparıcı platformalara inteqrasiya etmişik. Bir sahibkarın portalın qızıl üzvlüyünü əldə etməsi üçün 5-8 min dollar tələb olunur, biz isə xərcləri xeyli azaldaraq bu məsələnin həll etmişik.

Biz vahid təşkilat kimi fəaliyyət göstərir, sahibkarlarla tez-tez görüşür, müxtəlif məsələləri müzakirə edir və problemlərin həllinə çalışırıq. Məsələn, ölkəmizdə müəyyən bazarlara çıxış əldə etmək çətin olan sərbəst satış sertifikatı verən strukturlar yoxdur. Biz sahibkarlarımızla sıx əlaqələr sayəsində bu məsələni peşəkar şəkildə həll edə bilmişik.

Sərgi yaxşı təşkil olunub, burada gənc şirkətlər tədbirin rabitə sahəsində tanınmış daimi iştirakçıları ilə yanaşı iştirak etməklə özləri üçün uğurlu mövqe qazanır. Burada xarici və yerli şirkətləri, habelə ziyarətçilər arasından fərdi şəxsləri portalımıza dəvət etmək üçün yaxşı imkanımız var.



bottom

TƏRƏFDAŞLAR