EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - “Orchestra” platformasının səmərəliliyi
Media мərkəz » Xəbərlər

“Orchestra” platformasının səmərəliliyi
06.12.2017

Xəbərlər

Andrey Novoxatko, “Qmatic” nümayəndəliyinin rəhbəri

Elektron növbənin idarə edilməsi seqmentinin lideri olaraq, biz öz layihələndirmə şöbəmiz sayəsində məhsullar hazırlayır. Əsas “Orchestra” platforması şirkətlərə məhsuldarlığı artırmaqla yanaşı, bir çox ofislə paralel işləmək imkanı verir. Biz köşklərdən başlayaraq kağızlar da daxil olmaqla, displey və proqram təminatlarına qədər bütöv məhsul xəttini tədarük edirik. Bizim cihazlarımızın orta istismar müddəti 7 ilə qədərdir. Dəfələrlə sınanmış cihazlar müştərilərə əməliyyat məsrəflərinə qənaət etməyə imkan verir. Bu həll variantının əsas hissəsini üç səviyyənin - bu və ya digər məhsula olan tələbatı başa düşənlər üçün əməliyyat, taktiki və strateji səviyyənin təhlili təşkil edir: Bu imkanlar sayəsində biz biznes prosesinin qurulmasına kömək edirik. Öz növbəsində, bu, müştərinin sadiqliyinə təsir göstərir.

Biz bu sərgidə bazarı yeni həll variantlarımız barədə məlumatlandırmaq üçün iştirak edirik. Bizim həll variantları müştərilərə giriş imkanı verməklə, bütün kanalları internet, köşk, məlumat mərkəzi vasitəsi ilə cəlb etmək üçün məlumatların omnikanal paylanmasına şərait yaradır. Bu, rəqiblərini bu xidmət növü üzrə bir il qabaqlayan “Orchestra” proqramının fərqləndirici cəhətidir. Biz dünyanın 120 ölkəsində fəaliyyət göstəririk və hər il bizim sistemlər vasitəsi ilə təxminən iki milyard əməliyyat həyata keçirilir. Biz Azərbaycanda bir sıra nəhəng bankla əməkdaşlıq edirik. Biz həmçinin “Orchestra” platformasına əsasən virtual ofis üzrə həll variantını təklif edirik. Bununla da şirkətimizin mükəmməl rəqabət üstünlüyü kimi avadanlığa qənaət etmək və xidmət keyfiyyətini yaxşılaşdırmaq mümkündür.

 



bottom

TƏRƏFDAŞLAR