EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - “Openpaas” xüsusi platformasının üstünlükləri
Media мərkəz » Xəbərlər

“Openpaas” xüsusi platformasının üstünlükləri
06.12.2017

Xəbərlər

Qleb Zubaçev, “Linagora” şirkətində biznes təkmilləşdiricisi

“Linagora” açıq mənbə kodlu proqram təminatı hazırlayan Fransa şirkətidir. Şirkətimiz 17 ildir ki, bazardadır və biz özümüzü fransız bazarının lideri hesab edirik. Şirkətimizin əsas diqqəti elektron hökumət sistemlərində istifadə etmək üçün müxtəlif həll variantları ilə bağlıdır. Biz bir çox dövlət strukturlarında tətbiq edilən müxtəlif informasiya sistemləri arasında qarşılıqlı fəaliyyəti təmin edən xüsusi “Openpaas” platformasını hazırlamışıq. Biz bu gün sərgidə məhz bu məhsuldan bəhs edirik, biz bunu gələcəyin e-hökuməti hesab edirik. Məsələn, əgər siz ünvanınızı bir dövlət məlumat sistemində dəyişirsinizsə, bu məlumat poçt, səhiyyə və enerji şirkətləri kimi bütün digər sistemlərdə də avtomatik olaraq dəyişir.

Biz bu il Azərbaycanın iki dövlət strukturunun nümayəndələri ilə görüşmüşük və məhz bu orqanlar bizi hazırkı sərgiyə qatılmağa dəvət edib. Biz şirkət nümayəndələri, rəsmi və ayrı-ayrı şəxslər, eləcə də işlərini daha innovativ görmək istəyən, öz şirkət və ya təşkilatının daha dinamik olmasında maraqlı olan insanlarla görüşmək üçün buradayıq. Açıq mənbə kodu ideyası proqramların bir məhsul kimi yox, elmi nailiyyət kimi qəbul edilməsi ilə bağlıdır. Şirkətimizin hər bir əməkdaşı buna inanır və bizim məqsədimiz bu ideyanı daha geniş təbliğ etməkdir. 



bottom

TƏRƏFDAŞLAR