EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Müqavilələrimiz bizim öhdəliyimizdir!
Media мərkəz » Xəbərlər

Müqavilələrimiz bizim öhdəliyimizdir!
06.12.2017

Xəbərlər

Aleksey Qorbaçev, “Evernex” şirkətinin MDB ölkələrində satış üzrə meneceri

Bizim şirkət Fransada yerləşir, lakin biz Dubaydakı ofisimiz vasitəsi ilə MDB ölkələri ilə əməkdaşlıq edirik. “Evernex” şirkəti server, saxlama sistemləri və şəbəkə avadanlığı kimi çoxtəchizatlı İT avadanlıqlarının müstəqil təchizatçısı, eləcə də bu avadanlıqlarla bağlı xidmətlərin, xüsusilə də texniki dəstəyin təchizatçısıdır. Müştərinin tələb və ehtiyaclarından asılı olaraq, biz qeyri-məhdud zip təşkilini və istifadəyə hazır tam dəstək təklif edirik. Bütün xidmət spektrini reallaşdıraraq, çatdırılmanın keyfiyyət və təşkilinə zəmanət verməklə, müştərimizlə sıx əməkdaşlıq edirik.

Biz bu saziş çərçivəsində (müştərilərlə müqavilənin bağlanması, qiymətlərin, müddətlərin və xidmət səviyyəsi üzrə razılaşmanın müəyyən edilməsindən tutmuş, bütün sənədlərin yerli qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinə qədər) müştərini ehtiyac və nasazlıqdan asılı olaraq qeyri-məhdud sayda ehtiyat hissəsi ilə təmin edirik. Müqavilələrimiz bizim öhdəliyimizdir! Bu gün “Bakutel” sərgisində yeni yerli şirkətlərlə tanış olmaq üçün yaxşı bir fürsət əldə etmişik. Bütün dünyada İT infrastrukturu xidməti sahəsində 30 illik təcrübəmizə və Azərbaycanda beş illik fəaliyyət göstərməyimizə baxmayaraq, yeni əlaqələr qurmaq və inteqratorlarla tanış olmaq niyyətindəyik. Biz həmişə zamanla ayaqlaşır və mütəmadi olaraq, bütün zəruri sertifikatları yeniləməklə yanaşı, ən yaxşı qiymət və xidmətlər təklif edirik. Biz həmçinin bütün məhsullarımızı sınaqdan keçiririk . Beləliklə, biz istənilən rəqabətə layiqincə tab gətirmək iqtidarındayıq! 



bottom

TƏRƏFDAŞLAR