EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - “Apple” şirkətinin “Almastore” brendli məhsulları
Media мərkəz » Xəbərlər

“Apple” şirkətinin “Almastore” brendli məhsulları
06.12.2017

Xəbərlər

İlahə Əliyeva, “ASBC Almastore” MMC-nin marketinq üzrə direktoru

Bu il “ASBC” MMC “Bakutel” sərgisində debüt edir və “Apple” şirkətinin məhsullarını “Almastore” brendi ilə təqdim edir. Bunlar hər kəsin çox sevdiyi “iphone 10”, “iphone 8” və “Mac” brendli yeni məhsullardır. Bu günlərdə sərgi iştirakçıları özləri “Apple pencil” məhsulunu sınaqdan keçirə, “iPad”-də hər hansı təsvir çəkə və digər maraqlı proqramlar ilə tanış ola bilərlər. Siniflərdəki lövhəni əvəz edən, özəl məktəblər üçün təklif olunan xüsusi örtüklü lövhələr  stenddə xüsusi yer tutur. Qeyd edək ki, biz məktəblərdə mütəmadi təlimlər keçirərək, ən yeni  məhsullarımızı təqdim edirik.

“ASBC” MMC “Apple” şirkətinin Azərbaycandakı ilk və yeganə tərəfdaşı və “Apple Premium Reseller” statusuna malik mağazalar zəncirinin sahibidir. Eyni zamanda, bizim rəsmi xidmət mərkəzi də fəaliyyət göstərir. Mağazalarımız digər mağazalardan fərqlənir. Siz hər hansı eksponentə yaxınlaşaraq, yeni məhsullarla şəxsən tanış ola, sərgi salonlarına baxa, məhsullarımızı test edə, bütün suallara cavab ala və əlbəttə ki, təlimdə iştirak edə bilərsiniz. Bu və ya digər məhsulun satın alınması ilə yanaşı, alıcı beynəlxalq sığorta ilə də təmin olunur. Hər hansı istehsalat qüsuru aşkar edilərsə, biz məhsulu əvəz edirik. Biz bu sərgiyə həvəslə qatılmışıq və maraqlanan bütün ziyarətçilərə öz məhsullarımızı məmnuniyyətlə nümayiş etdirmək və digər şirkətlərlə yeni əlaqələr qurmaq niyyətindəyik.




TƏRƏFDAŞLAR