EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - “Bakutel 2017” sərgisi yerli bazarı öyrənməyə kömək edir
Media мərkəz » Xəbərlər

“Bakutel 2017” sərgisi yerli bazarı öyrənməyə kömək edir
06.12.2017

Xəbərlər

Denis Qorşkov, “Amedia” şirkətinin Baş direktoru

Şirkət təsis edildiyi tarixdən etibarən altı il ərzində premium ödənişli televiziya və internet abunəçilərinin sayı baxımından liderə çevrilib. “Amedia Holding” böyük bir media şirkətidir və özündə “onlayn” servis və dörd ödənişli televiziya kanalını birləşdirir. Fərdi istehsal ilə yanaşı, bizim öz kinostudiyamız (16 pavilyon) da var. Biz platformamızda dünyanın ən yaxşı məzmunu və tele-serialları var.

Biz Amerika və Avropa istehsalçıları, eləcə də Rusiya studiyaları ilə eksklüziv sazişlər imzalamışıq. Bütün premyeralar dünya relizləri ilə eyni vaxtda buraxılır. Bizim proqram “SmarTv”, “App Store” və “Google Play” platformalarında, habelə mobil versiyada mövcuddur. Biz həmçinin peyk qəbulediciləri təklif edən kabel operatorları ilə də fəal şəkildə çalışırıq. Bu yaxınlarda, Azərbaycanda “Azercell” və “KaTv” şirkətləri ilə fəaliyyətə başlamışıq.

Biz bazarın özəlliklərini öyrənmək və yerli operatorlarla tanış olmaq üçün “Bakutel-2017” sərgisində iştirak etmək qərarına gəlmişik. Bu, bizə layihənin inkişafı üçün daha doğru yolları tapmağa imkan verir. Biz yerli kanallardan birinin nümayəndələri ilə görüş keçirmişik. Güman ki, biz auditoriyamızı genişləndirmək üçün Azərbaycan dilində səsləndirilməni də təmin edəcəyik. Bizim əsas vəzifəmiz leqal seanslar sayəsində kino piratlığının qarşısını almaqdır. Biz bunu vaxtı ilə Rusiyada həyata keçirmişik. Ümidvarıq ki, bu məsələ iştirakçıların birgə səyləri və qanunvericiliyin tənzimlənməsi sayəsində zamanla öz həllini tapacaq və cəmi 2-3 il ərzində müsbət nəticələr əldə etmək mümkün olacaqdır.

 



bottom

TƏRƏFDAŞLAR