EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

Dəvətnaməni əldə edin

Mobil əlavə

Sərgi qəzeti

İnnovasiyalar Zonası
Bakutel - Enerji qidalanmasını məsafədən idarəetmə modulları
Media мərkəz » Xəbərlər

Enerji qidalanmasını məsafədən idarəetmə modulları
05.12.2017

Xəbərlər

Yevgeniy Laptev, “RCNTEC” şirkətinin sistem mühəndisi

– Şirkətimiz informasiya texnologiyaları sahəsində məlumatları saxlamaq üçün yayılmış sistemlər, informasiya təhlükəsizliyi üçün məhsullar kimi yenilikçi məhsulların istehsalını həyata keçirir. Biz sərgidə yeni məhsulu – enerji qidalanmasını məsafədən idarəetmə modulunu təqdim edirik. Bu cihazın 16, 32 və 63 amperdə elektrik yükünə davamlı olan üç modeli var. Bunlar hər bir modula qoşulmuş onlarla istehlakçı üçün qidalanmanı məsafədən idarə etməyə və yanğından, qısaqapanmadan mühafizəni təmin etməyə, eləcə də obyektə daxil olmadan, istehlakçıları şəbəkəyə qoşmağa / şəbəkədən ayırmağa imkan verir.

Bu modullardan sənaye obyektlərində və şəxsi evlərdən istifadə etmək olar. İnsanlar internet - kabel şəbəkəsi olmadığı təqdirdə, “GSM” mesajlaşma vasitəsi ilə modulu idarə edə bilərlər. Bu cihazın analoqu yoxdur və biz dünya bazarına çıxmaq niyyətindəyik. Biz dəfələrlə Bakıya səfər etmişik və görmüşük ki, həm şirkətlər, həm də ayrı-ayrı şəxslər məhsullarımıza böyük maraq göstərirlər. Biz bazarın tələbatını araşdıraraq, məhsulumuz haqqında ətraflı məlumat vermək və onun funksiyalarını nümayiş etdirmək üçün bu sərgidə iştirak edirik. Sərgidə profilli sifarişçilərin müraciət etdiyi bir çox şirkət var və onların müxtəlif avadanlıqları gecə-gündüz fasiləsiz işləməlidir. Biz isə məhz bu məsələnin ağılla və etibarlı şəkildə həllinə kömək edirik.

 



bottom

TƏRƏFDAŞLAR