EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

Dəvətnaməni əldə edin

Mobil əlavə

Sərgi qəzeti

İnnovasiyalar Zonası
Bakutel - Təklif etdiyimiz məlumat mərkəzi hər kəs üçün münasib və əlverişlidir
Media мərkəz » Xəbərlər

Təklif etdiyimiz məlumat mərkəzi hər kəs üçün münasib və əlverişlidir
05.12.2017

Xəbərlər

Ruslan Əliyev, “Azintelecom” şirkətinin kommersiya direktoru

– Bizim telekommunikasiya şirkətimiz “İMS” vasitəsi ilə Azərbaycan və digər ölkələr arasında trafik mübadiləsini təmin edir. Bizim şirkət yalnız Azərbaycanda deyil, eyni zamanda Cənubi Qafqazda da Amerikanın “Uptime Institute” şirkəti tərəfindən sertifikatlaşdırılmış “TİERIII” kateqoriyalı Məlumat mərkəzinə sahib olan yeganə şirkətdir. Biz bu mərkəzin əsasında infrastruktur həll variantlarını təmin edir; virtual serverlərin təmin edilməsini, virtual şəbəkələrin saxlanması, habelə müştəri avadanlıqlarının yerləşdirilməsini həyata keçiririk. Məlumat mərkəzindən istifadə imkanı 99.982% səviyyəsindədir ki, bu da Azərbaycan ərazisində ən yüksək göstəricidir.

Gələcək layihələr arasında Yevlax şəhərində məlumatların müəyyən məsafədə saxlanılmasını istəyən şəxslər üçün coğrafi rezervasiya xidmətləri təqdim edəcək ehtiyat məlumat mərkəzinin açılması yer alır. Məqsədimiz müştərilərə hərtərəfli həll variantı təqdim etməkdir – bu, onların virtual avadanlıqları icarəyə götürməsi ilə yanaşı, “bulud” proqram təminatlarını əldə edə bilməsi üçün rahat və faydalıdır. Bu gün məlumatlarınızın HARADA və NECƏ saxlandığını bilmək vacibdir. Bunun üçün müəyyən standartlar tələb olunur. Biz xarici ekspertlərin bor sıra auditlərindən keçərək informasiya təhlükəsizliyi üzrə “ISO 20000”, “ISO 27001” sertifikatlarına layıq görülmüşük. Buna görə də bizə tam etibar etmək və risklərə minimuma endirmək olar. Sərgi ekspozisiyası auditoriyanı yaxşıca məlumatlandırmaq, məhsullarını nümayiş etdirmək, gələcək planlar barədə məlumatlandırmaq imkanı yaradır. Ötən il ilə müqayisədə, biz bu il bütün məlumatları və kommersiya təkliflərini geniş şəkildə təqdim etməyimizə şərait yaradan daha funksional stend quraşdırmışıq.

 



bottom

TƏRƏFDAŞLAR