EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - “Bakutel” sərgisi - İKT sahəsində geniş imkanlar
Media мərkəz » Xəbərlər

“Bakutel” sərgisi - İKT sahəsində geniş imkanlar
05.12.2017

Xəbərlər

Alim Salahov, “Softline” (Azərbaycan) şirkətinin direktoru

– “Softline” şirkəti qlobal miqyasda İT sahəsi üzrə həll variantları və xidmətlərinin qlobal təchizatçısıdır. Biz uzun illər ərzində “Cisco”, “Microsoft”, “Google”, “Oracle”, “Amazon” və digər bu kimi nəhəng şirkətlər tərəfindən verilmiş çoxsaylı sertifikatlara layiq görülmüşük. Müştərilərimiz arasında böyük korporativ müştərilərdən tutmuş, orta və kiçik şirkətlərə qədər 60 mindən çox özəl və dövlət təşkilatları yer alır. 1100-dən çox hesab meneceri, həll variantlarının satışı üzrə 400 mütəxəssis, 500 mühəndis və texniki mütəxəssis müştərilərə İT sahəsi üzrə optimal həll variantlarını seçməyə kömək edir və onları bacarıqla tətbiq edir. Şirkətin əsas strategiyası yenilikçi və müştərilərə daha yaxın olmaqdır. Onu da qeyd edim ki, “bulud” texnologiyalarının yaranması İT sahəsinin eko-sistemini tamamilə dəyişir və ona görə də, şirkət yeni məhsul və xidmətlərin hazırlanmasına investisiya yatırır. Biz sərgi zamanı “Ağıllı şəhər” və bazarda biznesimizi optimallaşdırmaq üçün həll variantlarını nümayiş etdiririk. Biz stenddə göstərdiyimiz informasiya və fiziki təhlükəsizlik üzrə həll variantlarına böyük diqqət yetiririk.

“Softline” şirkəti on ildir ki, “Bakutel” sərgisinin daimi iştirakçısı və informasiya tərəfdaşıdır. Ənənəvi olaraq, “Softline-direct” kataloqunun payız nəşri bu tədbirin keçirilmə tarixi üçün nəzərdə tutulub və bu tədbirdə iştirak şirkətin imicinə müsbət təsir göstərir. “Bakutel 2017” sərgisi məlumatları emal etmək üçün ən sərfəli vasitələri seçən mütəxəssis və istifadəçilərin görüşdüyü unikal platformadır. Biz burada şirkətin ötənilki uğurlarını nümayiş etdirmək və istənilən problemi səmərəli şəkildə həll etməklə müştərilərini təəccübləndirmək niyyətindəyik.

Sərgi gələn il üçün Azərbaycanın İT mühitinin inkişaf tendensiyalarını uğurla formalaşdırır. Biz tərəfdaşlar və sifarişçilər arasında birbaşa dialoq üçün unikal imkanlar yaratdığına görə “Caspian Event Organisers” şirkətinə öz minnətdarlığımızı bildiririk.



bottom

TƏRƏFDAŞLAR