EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Ən yüksək texnoloji tərəqqiyə necə nail olmalı
Media мərkəz » Xəbərlər

Ən yüksək texnoloji tərəqqiyə necə nail olmalı
05.12.2017

Xəbərlər

Fərəh Əliyeva, “IСgroup” şirkətinin marketinq üzrə direktoru

“ICgroup.AZ” şirkəti tezliklə öz 20 illik yubileyini qeyd edəcək və biz əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik! Biz “1C” şirkətinin Bakıdakı rəsmi tərəfdaşıyıq və proqram məhsulları əsasında idarəetmə və uçotun avtomatlaşdırılması ilə məşğul oluruq. Bura proqram seçimi mərhələsində konsultasiya xidmətləri də daxildir: proqram təminatının tədarükü və tətbiqi; proqram təminatı ilə bağlı texniki qulluq və yeniləmə; informasiya – texnoloji müşayiət; istifadəçi və İT mütəxəssisləri üçün təlim.

Biz bu gün Bakıda yerləşən təşkilatların təxminən 80%-i ilə əməkdaşlıq edirik, bunların arasında çoxsaylı şirkətlər, bank və otellər yer alır. Lakin bizim ən böyük layihəmiz “Azərsu” ASC-dir. Bizim şirkət “Bakutel” sərgisinin daimi iştirakçısı olan yeganə “1C” müəssisəsidir. Bizim əsas məqsədimiz daha çox inkişaf etmək üçün şəxsi imicimiz üzərində işləyərək şirkət və təşkilatlar, xüsusən də xarici şirkətlərlə yeni əlaqələr qurmaqdır. Biz iş yerlərimizin, ofislərimizin sayına və ən əsası da resurslarımızın kəmiyyətinə və keyfiyyətli kadr seçiminə görə digər tərəfdaş şirkətlərdən fərqlənirik. Bizim yüksək ixtisaslı mütəxəssislərimiz öz bacarıq və təcrübələri, iş üsullarının daim  təkmilləşdirilməsi sayəsində istənilən müəssisədə idarəetmə və uçotun avtomatlaşdırılması üzrə tapşırıqların həll edilməsinə keyfiyyətli və operativ şəkildə kömək edirlər. Biz texnoloji tərəqqinin zirvəsində olmaq və bu sahədə müştərilərə istənilən tapşırın həllində kömək etmək üçün daim şəxsi proqramlarımızı hazırlayırıq. Çevik qiymət siyasətimiz də şirkətimizin mühüm üstünlüklərindən biridir.




TƏRƏFDAŞLAR