EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Stendin rezervasiyası

Hesabatlar

Rəsmi kataloq
bakutel - Video-müşahidə sistemlərinin populyarlığı
Media мərkəz » Xəbərlər

Video-müşahidə sistemlərinin populyarlığı
05.12.2017

Xəbərlər

Anton Kosterin, “Hikvision” şirkətinin texniki mütəxəssisi

– Şirkət 2001-ci ildə təsis edilib və video-müşahidə sistemlərinin istehsalı sahəsində tanınmış qlobal liderdir. Şirkətin Azərbaycanda distribyutor və tərəfdaşları var. Biz “Bakutel” sərgisində debüt etməklə, təhlükəsizlik vasitələrini, ən müasir qabaqcıl məhsulları, insanları, avtomobil nömrələrini tanıma layihələrini, insanları saymaq üçün xüsusi kameraları, insan bədəninin identifikasiyası üçün ən qabaqcıl kameraları təqdim edirik.  Müxtəlif növ analitiklər (məsələn: geyimin rənginə, boya və s.) əlamətlərə görə axtarış da xüsusi maraq doğurur.

Stendimizdə şirkətin nisbətən yenicə istehsal etməyə başladığı digər məhsulları, o cümlədən girişə nəzarət, domofonlar, nəqliyyatda müşahidə sistemləri, yollarda pozuntuları emal edən bir sıra məhsullar nəqliyyat sistemləri təqdim edilir. Biz ziyarətçilərə şirkətin məhsulları barədə tam məlumat almaq, bu və ya digər məhsulun iş prinsipini əyani şəkildə nümayiş etdirməklə yanaşı, məhsullarla yaxından tanış olmaq imkanı veririk. Mən video-məlumatları tədricən sıxma və saxlama kodakına malik olan “N265plyus” kameralarını xüsusən qeyd etmək istəyirəm.

Biz şaquli bazarın tələbatına əsasən istənilən məhsulu təmin edirik. Bizim məhsullar ildən-ilə daha da təkmilləşir, dünya ölkələrindəki nümayəndəliklərimizin sayı artır, bura görə də bu gün bizim məqsədimiz potensial müştərilərə ən yaxşı texnologiyaları göstərməkdir. Biz yerli bazarla yaxından maraqlanırıq və biz əsaslı olaraq bu bazarda layiqli yer tutmaq niyyətindəyik.



TƏRƏFDAŞLAR