Xəbərlər

Bakutel - “Bakutel 2017” sərgi və konfransının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

“Bakutel 2017” sərgi və konfransının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

04.12.2017

Xəbərlər

4 dekabr 2017-ci il tarixində, saat 12:00-da Park Inn otelində «Nəsimi» zalı, 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” Sərgi və Konfransının  mətbuat konfransı keçirildi.

Mətbuat konfransında Elmir Vəlizadə, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini, Edvard Stroon - “Caspian Event Organisers” şirkətinin direktoru və sərgi meneceri – xanım Emiliya İsmayılova çıxış ediblər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 30-dan artıq KİV nümayəndələri iştirak etmişdi, onların arasında AzTv, Azertag, APA, CBC, Interfax, Lider və s.