EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - “Açıq Hökumət Məlumatları” portalının yeni versiyası təqdim olunub
Media мərkəz » Xəbərlər

“Açıq Hökumət Məlumatları” portalının yeni versiyası təqdim olunub
22.11.2017

Xəbərlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan “Açıq Hökumət Məlumatları” portalı - www.data.gov.az-ın yeni versiyasının təqdimatı keçirilib.

APA-Economics” xəbər verir ki, tədbirdə “Elektron hökumət” portalına xidmətləri inteqrasiya olunan dövlət qurumlarının nümayəndələri, startapçılar, media nümayəndələri iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev çıxış edib.    

E.Vəlizadə Açıq Məlumatların “Elektron hökumət” quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu qeyd edib. O bildirib ki, www.data.gov.az portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumatlardan asanlıqla istifadə edə biləcəklər. Hər bir qurum öz səlahiyyəti çərçivəsində zəruri bildiyi məlumatları müəyyənləşdirilmiş texniki şərtlərə uyğun olaraq açıq etməlidir.

Daha sonra “Açıq Hökumət Məlumatları” portalının yeni versiyası təqdim edilib. “Elektron hökumət” portalının koordinatoru Cəmşid Naxçıvanski bildirib ki, portalın yeni versiyasında açıq məlumatların sayı artırılıb. O, www.data.gov.az-da hazırda 650-dən çox məlumatın vətəndaşlar üçün əlçatan olduğunu qeyd edib: “Daha əvvəl portalda 25 məlumat var idi. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar bundan sonra müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək”.

Qeyd edək ki, bu məlumatlar “Azərsu” ASC, Dövlət Gömrük KomitəsiDövlət Statistika KomitəsiƏdliyyə NazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiƏmlak Məsələləri Dövlət KomitəsiKənd Təsərrüfatı NazirliyiMədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilib.

Bununla yanaşı, tədbirdə nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən elan edilən "Bax, istifadə et və yarat" adlı müsabiqə barədə ətraflı məlumat verilib. Bildirilib ki, İKT mütəxəssisləri, startapçılar, tələbələr və s. üçün nəzərdə tutulan müsabiqə çərçivəsində www.data.gov.az portalının “Açıq Hökumət Məlumatları”ndan istifadə etməklə ictimai əhəmiyyətli mobil əlavələrin yaradılması nəzərdə tutulur.

Müsabiqənin məqsədi “Açıq Hökumət Məlumatları” (www.data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosialyönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.

Müsabiqə noyabrın 25-nə qədər davam edəcək.

Müsabiqənin şərtləri isə belədir:

- Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)

- Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı (www.data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.

- Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.

Müsabiqədə qiymətləndirmə meyarları:

Meyar

Bal

Əmsal

1

Sosial əhəmiyyət (S)

0-10

3

2

Funksionallıq (F)

0-10

2

3

Tamlıq (T)

0-10

2

4

Dizayn (D)

0-10

2

5

Məzmun (M)

0-10

2

Yekun bal = 3xS + 2xF + 2xT + 2xD + 2xM

Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.

Müsabiqənin mükafat fondu:

- 1-ci yer - 2000 manat

- 2-ci yer - 1500 manat

- 3-cü yer - 1000 manat

- İştirakçı tələbələr “Microsoft BizSpark” layihəsi çərçivəsində “Microsoft”un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər.

- Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;

- Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya “Elektron imza” sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, “Bax, İstifadə et, Yarat!” müsabiqəsində iştirak etmək istəyənlər 13 noyabr tarixindən başlayaraq www.data.gov.az portalındakı "Müsabiqələr" menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25 noyabr saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.

Noyabrın 26-da iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.

Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması “Bakutel 2017” sərgisi çərçivəsində baş tutacaq.




TƏRƏFDAŞLAR