EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Beynəlxalq sərgi və konqreslərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti ənənəvi olaraq sərgi mövsümünü payızda açacaqdır
Media мərkəz » Xəbərlər

Beynəlxalq sərgi və konqreslərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti ənənəvi olaraq sərgi mövsümünü payızda açacaqdır
24.08.2017

Xəbərlər

Beynəlxalq sərgi və konqreslərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti ənənəvi olaraq sərgi mövsümünü payızda açacaqdır. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən göstərilən rəsmi dəstək çərçivəsində təşkil olunur. Bir sıra layihələr isə beynəlxalq birliklər və sənaye assosiasiyalarının dəstəyi ilə həyata keçiriləcək.

2017-ci ilin payız mövsümündə bir sıra beynəlxalq sərgilərin həyata keçirilməsi planlaşdırılıb: təhsil “Education”, karyera “Career”, ekologiya “Caspian Ecology” və Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel” sərgiləri. Oktyabr ayında yeni layihə - Azərbaycan Beynəlxalq “Hədiyyələr” “GIFT FAIR 2017” sərgisi start götürəcək.

Cari ilin 6 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Təhsi “Education” və Karyera “Career” sərgilərinin açılışı baş tutacaq. Hər iki sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərgilərdə ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramları, o cümlədən işgüzar xarici dil kursları, təcrübə proqramları, təlimlər və məktəbəqədər təhsil proqramları təklif olunacaq. Öz növbəsində, 11-ci Azərbaycan Beynəlxalq “Career” sərgisi ölkədə peşəkar kadrlara artan tələbatı əks etdirəcək. Karyera sərgisinin iştirakçıları arasında gənclər üçün iş vakansiyaları və xüsusi təhsil proqramları təklif edən “Azersun”, “Gilan Holding”, “JTI” və digər şirkətlər yer alır.

27-28 oktyabr tarixində “Boulevard Hotel Baku” otelində Azərbaycanda debüt edən Hədiyyələr “GIFT FAIR 2017” sərgisi keçiriləcək. “GIFT FAIR” sərgisində geniş seçimli biznes-hədiyyələri, VİP səviyyəli hədiyyələr, habelə əzizləriniz  və dostlarınız üçün nəzərdə tutulan hədiyyələrin nümayişi ilə yanaşı, təntənəli mərasimlərin təşkili və keçirilməsi üçün məhsul və xidmətlər, eləcə də interyer dizaynı üçün nəzərdə tutulan əşyalar və digər məhsullar təklif olunacaq. Sərginin keçiriləcəyi iki gün ərzində yüksək keyfiyyətli məhsulların geniş çeşidi və bu sənaye sahəsinin inkişaf təmayülləri ilə tanış olmaq üçün unikal imkan yaradılacaqdır. Sərginin iştirakçıları bayram tədbirlərinin, eləcə də toy və toyqabağı tədbirlərin təşkili, habelə şirniyyat məmulatlarının və əl işlərinin hazırlanması sahəsində ixtisaslaşan şirkətlərdən ibarətdir. VIP ziyarətçilərlə mövcud əlaqələrin möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə elit xidmətlər və məhsullar təklif edən şirkətlər, butiklər və turizm agentlikləri GIFT FAIR 2017 sərgisi çərçivəsində “Premium sektor” bölümündə təmsil olunacaqlar.

14-16 noyabr tarixində isə estafeti 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisi götürəcək. Ənənəvi olaraq, sərgi mövsümü 5 - 8 dekabr tarixində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı “Bakutel” sərgi və konfransı ilə yekunlaşacaq.

Beləliklə, Azərbaycanın Respublikasının paytaxtını müvafiq sənaye sahələrinin peşəkarları üçün etibarlı tərəfdaşlarla görüşmək və biznesdə yeni istiqamətlər kəşf etmək, eləcə də sənayedəki innovasiyalar haqqında məlumat toplamağa imkan yaradan ixtisaslaşmış sərgilərdən ibarət dolğun sərgi mövsümü gözləyir. Bütün sərgilər barədə daha ətraflı məlumatı şirkətin www.ceo.az veb-saytından, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.




TƏRƏFDAŞLAR