![]() |
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ![]() ![]() |
|
Türkiyənin "TURKSAT" şirkətinin xəbər və kabel televiziyası peyk kanalı vasitəsilə 550 telekanal yayımlayır, internet xidmətləri göstərir. Şirkət bu sahədə ölkənin ən böyük qurumlarından biridir.
Bunu AZƏRTAC-a müsahibəsində şirkətin nümayəndəsi “Bakutel-2016” sərgisinin iştirakçısı Akif Yüksel bildirib.
"Fəaliyyət göstərdiyimiz 23 ildə şirkətimiz yeni texnologiyalar tətbiq edir, maraqlı layihələr həyata keçirir", - deyə, A.Yüksel vurğulayıb.
Şirkət təmsilçisi həmçinin qeyd edib ki, "TURKSAT" artıq 3 ildir "Azərkosmos" ASC ilə strateji əməkdaşlıq əlaqələri qurub və bu işbirliyini davam etdirməyi planlaşdırır.