EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - “Bakutel 2016”: Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlərin şanlı tarixi
Media мərkəz » Xəbərlər

“Bakutel 2016”: Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlərin şanlı tarixi
02.12.2016

Xəbərlər

Bu gün Bakı Ekspo Mərkəzində “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri tərəfindən təşkil olunan 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgi və konfransının sonuncu iş günüdür. Xəzəryanı regionda İKT sahəsinə həsr olunmuş bu ən böyük tədbir işgüzar mühit və dünyanın on səkkiz ölkəsini təmsil edən yüzlərlə iştirakçı arasında təşəbbüs və qarşılıqlı anlaşma şəraitində keçir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsi bu tədbirin mühüm statusunu bir daha ön plana çəkir. Prezident İKT sənayesində fəaliyyət göstərən ən böyük dünya şirkətlərinin nümayəndələri ilə söhbət edərək həm yerli, həm də xarici ekspozisiyaların təqdimatı ilə tanış oldu. “Bakutel 2016” sərgisinin iştirakçılarına salamlama məktubu ilə müraciət edən ölkə başçısı tədbiri yüksək qiymətləndirdiyini vurğulamaqla yanaşı, qeyd etdi ki, sərgi ölkəmizin, eləcə də bir sıra dünya dövlətlərinin, eləcə də aparıcı şirkətlərin yüksək texnologiyalar sahəsində əldə etdikləri ən son nailiyyətləri nümayiş etdirməklə, Xəzəryanı regionda telekommunikasiya və informasiya texnologiyaları sahəsi üzrə ən mühüm tədbirə çevrilib.

“Bakutel” sərgisi və sərgiyə həsr olunmuş tədbirlər müxtəlif ölkələri təmsil edən yüksək rütbəli qonaqlar, habelə nazirlər, alimlər, biznesmenlər və investorlar qrupunu bir arada toplayıb. Azərbaycana sürətlə artan maraq fonunda sərgi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıqların daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verib. “Bakutel 2016” sərgisinin daha bir xidməti isə beynəlxalq və regional səviyyələrdə yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə təşkil edilmiş milli pavilyonların fəal iştirakı və geniş işgüzar proqram oldu.

Peşəkar ziyarətçilər bir sıra şirkətlərin bütün Bakı və ətraf qəsəbələri əhatə edən “4G” üzrə texnoloji innovasiyaların, eləcə də daha rahat və maraqlı həyat tərzini təşviq edən mobil və simsiz rabitə vasitələri, korporativ həll variantları və dünyanın qabaqcıl texnologiya sistemlərinin səmərəliliyini yüksək qiymətləndirdilər. Yerli şirkətlər rabitə, poçt, peyk rabitəsi, nanotexnologiyalar, “elektron hökumət”, “elektron imza” və Məlumat mərkəzlərinin “bulud” texnologiyaları üzrə layihələrin yeni inkişaf mərhələlərini uğurla nümayış etdirməklə yanaşı, müasir İKT layihələrini də təqdim edirlər.

Qeyd etmək lazımdır ki, bu il “Bakutel” sərgisinin keçirilməsi Azərbaycanda rabitənin 135 illik yubileyi ilə üst-üstə düşür və Ekspo Mərkəzin lobbisində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə bu sahənin əsasının qoyulması və inkişaf mərhələlərinin parlaq və maraqlı şəkildə əks olunduğu çoxplanlı foto-sərgi nümayiş olunub. Heç kəsi biganə buraxmayan bu foto-sərgi çərçivəsində çəkilən  unikal kadrlar bütün forumun əsil bəzəyinə çevrildi.

İnsanların sayı və stendlərin dolğunluğu baxımından sərgi platformasının miqyası tamaşaçılar arasında interaktiv rejimdə bir neçə səmərəli müsabiqə və viktorinaların keçirilməsinə imkan verib. Virtual sürprizlərin bu cür peşəkar nümayişi aparıcı provayderlər, sistem inteqratorları və dünya brendlərinin distribyutorlarının stendlərinin ətrafında əsil anşlaq yaradıb. Burada ziyarətçilər mini-futbol oynayır, ekzotik mühitdə “ov” edir, “xəzinə”lər toplayır və başıqarlı zirvələri “fəth” edirlər. Əlbəttə, sonda həmin ziyarətçilər təşkilatçılardan səxavətli hədiyyələr də alırlar.

Azərbaycanda İKT həftəsinin yekununun ən yaxşı nəticələrindən biri iştirakçıların, xüsusilə də öz nailiyyətlərini nümayiş etdirərkən işgüzar müqavilələr imzalamış şirkətlərin müsbət rəyləridir. Belə müsbət yekunlar ilə təkcə bir sıra tanınmış şirkətlərin nümayəndələri deyil, eyni zamanda “Bakutel 2016” sərgisinin “start-up”ları da fəxr edə bilərlər. Artıq sərginin ilk iki iş günündə burada onlarla mühüm işgüzar görüş keçirilib, istər yerli səviyyədə, istərsə də beynəlxalq miqyasda gələcək əməkdaşlıq modelləri müəyyən edilib.

Telekommunikasiya sahəsində Qafqaz regionunun bu ən böyük tədbiri ölkə iqtisadiyyatının innovativ və texnoloji inkişafa mərhələli keçidinin göstərdiyi müsbət təsiri bir daha nümayiş etdirdi. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq sənaye institutlarının göstərdikləri dəstək, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən tədbirə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu yenidən təsdiq etmiş oldu.

 



bottom

TƏRƏFDAŞLAR