EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Gələn il bizi böyük sıçrayış və daha çox fəallıq gözləyir!
Media мərkəz » Xəbərlər

Gələn il bizi böyük sıçrayış və daha çox fəallıq gözləyir!
01.12.2016

Xəbərlər

Alpay Özçeviz, “Komtel” şirkətinin regional meneceri

– Türkiyənin “Komtel” şirkəti ardıcıl olaraq altı ildir ki, “Bakutel” sərgisində iştirak edir. Biz rabitə operatorları üçün binalarda siqnal repiterlərini quraşdırırıq və onlar son alıcı ilə birbaşa əlaqə olmur. Bizim layihələr arasında “JW Marriott”, Absheron”, “Fairmont”, “Jumeirah Beach Bilgah” otelləri, “Crystal Hall” konsert zalı və digərləri yer alır. Biz aparıcı yerli “GSM” operatorları, eləcə də nəhəng inşaat şirkətləri ilə əməkdaşlıq edirik. “Komtel” şirkəti Azərbaycandakı biznesini inkişaf etdirərək hər il ənənəvi “Bakutel” sərgisində hesabat müddəti ərzində əldə edilmiş nailiyyətlərini nümayiş etdirir. Dünya iqtisadi böhranı Azərbaycandan da yan keçməyib və Türkiyənin bir sıra şirkətləri buradakı fəaliyyətini dayandırmalı olublar. Biz bazardakı mövqeyimizi qorumaq, bu çətin vaxtda öz müştərilərimizin yanında olmaq üçün əlimizdən gələni edirik.

Deyə bilərəm ki, sərgi çərçivəsində həmkar və tərəfdaşlarımızla apardığımız söhbətlər əminlik yaradır ki, gələn il bizi böyük sıçrayış və daha çox fəallıq gözləyir. Bizim şirkət tərəfindən reallaşdırılmış və “SOCAR Tower” yeni ofis binasının da daxil olduğu layihələrə yeni maraqlı təkliflər əlavə olunub. Azərbaycanda biznes çox dinamikdir. Məsələn, 4G sisteminə keçid üzrə işlər Türkiyədə Azərbaycandan tez başlasa da, Azərbaycanda bu sistemə keçid Türkiyədən daha tez baş verib.

Sərginin ilk iş günündə bizim stendi Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslanla yanaşı, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirliyinin nümayəndələri də ziyarət edib və biz onlarla maraqlı danışıqlar aparmışıq. Türkiyənin “Turksell” və “Turksat” kimi nəhəng rabitə operatorlarının təqdim olunduğu Türkiyə milli stendinin sərgidə iştirakı ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf etdiyini göstərir.




TƏRƏFDAŞLAR