EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Texniki inkişafa xidmət edən innovasiyalar
Media мərkəz » Xəbərlər

Texniki inkişafa xidmət edən innovasiyalar
01.12.2016

Xəbərlər

Elçin Rzayev, “Baktelecom” şirkətində Xətai Telefon Qovşağının internet xidməti bölməsinin rəhbəri

– Bizim təşkilat “Bakutel” sərgisinin daimi iştirakçısı kimi hər il xeyli sayda ziyarətçini öz məhsul və xidmətləri ilə sevindirir. Texniki inkişaf xidmətindəki innovasiyalar “Baktelecom” şirkətində zamanın göstəricisinə çevrilib. Bizim stend bu günlərdə “GPON” texnologiyasının reklam edilməsi üzrə informasiya mərkəzinə çevrilib. Bu texnologiya Bakı şəhərində kommersiya və individual istifadəçilər üçün optik-lif xidmətlərinin köməyi ilə müasir rabitə modelini sərfəli şərtlərlə təklif edir.

Hazırda optik lif böyük informasiya axınının uzaq məsafələrə ötürülməsi üçün ən perspektivli vasitə hesab edilir. Optik lifli internet üçün elektrik daşıyıcı dalğaları yaratmaq məqsədi ilə işıq impulslarından istifadə edilir və məlumatları çox yüksək sürətlə ötürmək üçün də bundan istifadə etmək olar. Optik lifli internetin üstünlüyü məlumatların çox yüksək sürətlə ötürülməsi, siqnal gecikməsinin demək olar ki, olmaması, video-müşahidəyə qoşulma imkanı, İP-telefoniya, interaktiv yayım, optik lifli kabellərin uzaq məsafələrə çəkilməsinin mümkünlüyü və pulsuz texniki dəstək kimi cəhətlərdir.

Bizim şirkətin inkişaf perspektivləri arasında “ağıllı ev” sisteminin istifadəyə hazır şəkildə layihələndirilməsi yer alır. Bu sərgi şübhəsiz ki, həm bu genişmiqyaslı tədbirin təşkilatçı və iştirakçılarına, həm də çoxsaylı peşəkar ziyarətçilərə böyük fayda gətirir. Biz artıq öz həmkarlarımız və potensial müştərilərimizlə uğurlu görüşlər keçirmişik.



bottom

TƏRƏFDAŞLAR