EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Sərgi hər il böyük fayda gətirir!
Media мərkəz » Xəbərlər

Sərgi hər il böyük fayda gətirir!
01.12.2016

Xəbərlər

 Faiq Əsədullayev, Global Security Sistems” şirkətinin icraçı direktoru

– Bizim şirkət texniki təhlükəsizlik və mühafizə vasitələri üzrə texniki təchizat xidmətləri sahəsində bazarda zəngin iş təcrübəsinə malikdir. “GSS” şirkətinin təklif etdiyi məhsullar Avropanın aparıcı istehsalçılarının bir sıra yanğın-mühafizə siqnalizasiyası, peşəkar video-müşahidə, girişə nəzarət və iş vaxtının uçotu, eləcə də kommunikasiya və avtomobilləri parketmə sistemləri kimi müxtəlif vasitə və sistemlərin bütün xüsusiyyətlərini özündə əks etdirir.

Stendimizin ziyarətçiləri bu günlərdə metalaxtaran cihazlar, turniketlər, müşahidə kameraları, girişə nəzarət sistemləri və idarəetmə panelləri kimi təkliflərimiz ilə tanış ola bilərlər. Biz çoxillik fəaliyyətimiz ərzində zəngin peşəkar təcrübə toplamış, uğurlu işgüzar əlaqələr qurmuşuq. Müştərilərimiz arasında “Baku White City”, “Кapital Bank”, ARDNŞ, “Lukoil Azerbaijan”, “АPIK group” və digər şirkətlər yer alır

Biz demək olar ki, hər il “Bakutel” sərgisində iştirak edirik və bu marketinq aksiyaları həmişə uğurlu olur. Bu sərgidə də yeni potensial müştərilərlə işgüzar görüşlər keçirmiş və danışıqlar aparmışıq. Bizə müasir təhlükəsizlik və video-müşahidə sistemi avadanlıqları üzrə ilkin sifarişlər verilib.

Biz gələcəkdə öz fəaliyyətimizi genişləndirmək, yaxın xarici ölkələ bazarlarına daxil olmaq niyyətindəyik və bu perspektiv möhkəm əsaslarla dəstəklənir, belə ki, sərgi bizə öz strategiyamızı formalaşdırmağa kömək edir.



bottom

TƏRƏFDAŞLAR