EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Yüksək texnologiyalı (“ağıllı”) ev sisteminin inteqrasiyası.
Media мərkəz » Xəbərlər

Yüksək texnologiyalı (“ağıllı”) ev sisteminin inteqrasiyası.
01.12.2016

Xəbərlər

Ceyni Çju, “Full Enterprise Corporation” (Çin) şirkətinin satış meneceri

– “Full Enterprise Corporation” şirkəti artıq 30 ildən çoxdur ki, bazarda fəaliyyət göstərir. Biz “Bakutel” sərgisində debüt edirik. Şirkət İT texnologiyalarının işlənib hazırlanması üzrə ixtisaslaşır və yüksək texnologiyalı (“ağıllı”) ev sistemlərinin, eləcə də multimedia məhsullarının istehsalı ilə məşğuldur. Stenddə ziyarətçilərin nəzərinə datçiklər, dəyişdirici açarlar, işıqlandırma cihazları, elektrik açarlar, kameralar, təhlükəsizliyin təmin edilməsi vasitələri və yüksək texnologiyalı ev sisteminə birləşdirilmək üçün nəzərdə tutulan digər avadanlıqlar təqdim olunur. Bizim avadanlıqlar sistemlər evlərdə, otellərdə, restoranlarda, sənaye müəssisələrində və digər obyektlərdə istifadə oluna bilər.

Fikrimizcə, sərginin eksponentləri arasında olmaqda məqsəd Azərbaycan bazarında şirkətin fəaliyyətinin idarə olunması ilə yanaşı, brendimizin və istehsal etdiyimiz məhsulların yerli bazarda təşviqidir. Həmçinin biz şirkətimizi bu ölkədə layiqincə təmsil edə biləcək yerli tərəfdaşlar tapmaq istəyirik. Biz “Bakutel 2016” sərgisindən razıyıq – bu sərgi qarşımızda böyük imkanlar açır və biz Azərbaycan bazarında və bütövlükdə regionda uğurlu fəaliyyət göstərəcəyimizə ümid edirik.




TƏRƏFDAŞLAR