EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Ev üçün təhlükəsizlik sistemləri
Media мərkəz » Xəbərlər

Ev üçün təhlükəsizlik sistemləri
01.12.2016

Xəbərlər

Araz Məmmədov, “ABV Limited” şirkətinin korporativ satış üzrə meneceri

– Bu il “Bakutel” sərgisində sistem təhlükəsizliyi sahəsində ixtisaslaşmış “ABV Limited” şirkəti öz tərəfdaşı - “Günko Endüstriyel Sistemler San. Tic. Ltd. Şti” şirkəti ilə müştərək ekspozisiya təşkil edib. “Günko” şirkətinin məhsul çeşidləri arasında anbar və servis otaqları üçün stellajlar, kommutasiya panelləri (“patç-panel”) və lokal şəbəkələr üçün avadanlıqlar yer alır. Bizim müştərək stenddə ziyarətçilərə akkumulyatorlar, kabellər, lokal şəbəkələr üçün avadanlıqlar, marşrutizatorlar, video-müşahidə kameraları və digər məhsullar təqdim edilir.

Biz bütün peşəkar ziyarətçiləri – İT mütəxəssisləri, şirkətlərin satınalma şöbələrinin nümayəndələri və başqalarını öz stendimizdə görməkdən məmnun olarıq. Qonaqlar bizim fəaliyyətimiz və təklif etdiyimiz avadanlıqlar, eləcə də tərəfimizdən təqdim edilən servis müqavilələri barədə tam məlumat əldə edə bilərlər.

Sərgi ziyarətçilərinin fəallığını qeyd etmək istəyirəm və bu da tədbirin yekununda əlverişli nəticələrin əldə ediləcəyinə zəmanət verir. “Bakutel” sərgisi bu və ya digər xidmətlərin təchizatçı və istehlakçıları arasında görüşlərin keçirməsinə və danışıqların aparmasına, eləcə də işgüzar münasibətlərin qurulmasına kömək edir.



bottom

TƏRƏFDAŞLAR