EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Antenaların geniş çeşidi
Media мərkəz » Xəbərlər

Antenaların geniş çeşidi
30.11.2016

Xəbərlər

Lin Aypinq, “BBT Antennas Inc” şirkətinin satış üzrə meneceri

– “BBT Antennas” şirkəti Çində antenaların peşəkar və etibarlı istehsalçılarından biri kimi tanınır. Biz “Bakutel” sərgisində ilk dəfə olaraq öz geniş məhsul çeşidimizi – “Wi-Fi”, “WiMAX”, “3G”, “LTE”, “VHF/UHF”, “GPS” və digər şəbəkələr üçün telekommunikasiya antenalarımızı təqdim edirik və bu antenalardan baza stansiyalarında və simsiz rabitə sahələrinin yaradılmasında istifadə etmək olar.

Biz telekommunikasiya avadanlıqlarının istehsalçıları və inteqratorları ilə görüşlər keçirməkdə maraqlıyıq. Biz Azərbaycanda satış bazarı açmaq niyyəti ilə öz məhsullarımız barədə məlumat vermək, yerli şirkətlərlə münasibətlər qurmaq və yeni müştərilər qazanmaq istəyirik. Bundan başqa, əminik ki, beynəlxalq “Bakutel” sərgisi bizim maraq dairəmizə daxil olan regionun digər ölkələrinin nümayəndələri ilə görüşlər keçirmək və danışıqlar aparmağa imkan verəcək.

Sərgi beynəlxalq biznes, xarici təşkilatlar ilə tanışlıq və sıx əməkdaşlığın qurulması, tərəfdaşlıq və dostluq münasibətlərinin yaradılması baxımından bizim mühüm platformadır.



bottom

TƏRƏFDAŞLAR