EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Optik kabellərin əlli növü
Media мərkəz » Xəbərlər

Optik kabellərin əlli növü
30.11.2016

Xəbərlər

Rustam Allahverdiyev, “STP” şirkətinin mətbuat katibi

– Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoloji parkların yaradılması sahəsində ilk nümunə və unikal kompleks kimi özündə 17 zavodu və 25-dən artıq istehsal platformasını özündə birləşdirir və burada ən son texnoloji nailiyyətlər innovativ həll variantları ilə vəhdət tapır.

Biz “Bakutel” sərgisində bir sıra yeni məhsulları təqdim edirik. Ötən ilin sonlarında STP Cənubi Qafqaz regionunda ilk dəfə olaraq optik kabellərin istehsalına start verib. Əgər biz ötən il optik kabellərin üç növünü təqdim etmişdiksə, bu il siqnalizasiya, telekommunikasiya, yanğınsöndürmə və digər sistemlər üçün optik kabellərin əlli növünü sərgi ziyarətçilərinin diqqətinə çatdırırıq. Bundan başqa, biz sistem otaqları üçün dolab və qutular təklif edirik. Nəhayət, ilk dəfə olaraq öz stendimizdə müxtəlif terminallar və informasiya kioskları, Gömrük Komitəsinin sifarişi əsasında hazırlanmış elektron növbə sistemləri, elektron bəyannamələrin verilməsi üçün terminallar və digər məhsulları təqdim edirik.

Biz məhsullarımız barədə ətraflı məlumat almaq istəyən hər kəsi STP-nın stendinə dəvət edirik. Biz yeni tərəfdaşlar, optik kabellər, elektron terminallar və bizim digər məhsullarımızın istehlakçıları ilə tanış olmaq niyyətindəyik. “Bakutel” sərgisi öz işinə başladığı ilk gün ərzində bizi maraqlandıran təşkilatlarla görüşlər keçirmək və onlarla əlaqələr qurmağa imkan verib. Biz beynəlxalq forumun davam etdiyi müddət ərzində bu tempi saxlamaq niyyətindəyik.

 




TƏRƏFDAŞLAR