EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - “Sinam” şirkətinin ən aktual məhsulları
Media мərkəz » Xəbərlər

“Sinam” şirkətinin ən aktual məhsulları
30.11.2016

Xəbərlər

Elçin Əliyev, “Sinam” şirkətinin prezidenti

– “Bakutel” sərgisinin daimi iştirakçısı kimi, “Sinam” şirkəti “bulud” sistemi üzrə həll variantlarının provayderi qismində çıxış edir. Biz “elektron hökumət” üçün informasiya sistemlərinin səmərəli şəkildə layihələndirilməsini həyata keçiririk. Stendimizdə həll variantları şəbəkəsi və ən aktual məhsullar barədə məlumatlar təqdim edilir, belə ki, “SERP” sistemi pilot layihə rejimindən sənaye təyinatlı istismar mərhələsinə keçib və büdcədən maliyyələşən müəssisələrə idarə edilən uçot və mühasibat işlərini icra etməyə imkan verir. Azərbaycanın interaktiv xəritəsi - “GoMap” tanınmış həll variantına inteqrasiya edilmiş yeni “GoAZ” məhsulu reallıqla tamamlanmış servisi təqdim edir. Bu sistemin işləməsi üçün müvafiq tətbiqi mobil “qacet”ə yükləmək kifayətdir. İstifadəçi xəritədəki hər hansı obyektin üzərinə basmaqla, həmin obyekt haqqında ətraflı məlumat əldə edə bilər.

“TIMS” sistemi şirkətimiz tərəfindən (o cümlədən Qırğızıstanda) fəal şəkildə təbliğ olunan xəzinə üçün “bulud” sistemi üzrə həll variantıdır. Şirkətin yeni həll variantları arasında hökumət üçün pilot istismar rejimində olan “SESDA” elektron sənəd dövriyyəsi sistemi yer alır. “ASAN” xidmət üçün yeni layihə - yeni doğulmuş uşaqlar üçün onları bütün həyatı boru müşayiət edəcək şəxsi identifikasiya nömrəsi də təqdim edilir.

Bizim məqsədimiz şirkətin məhsullarını təkcə Azərbaycanda deyil, eləcə də xarici ölkələrdə - Yaxın Şərq, Afrika və Mərkəzi Asiya (Əfqanıstan, İraq, Tacikistan, Tanzaniya və s.) ölkələrində təbliğ etməkdir. Biz “Bakutel” sərgisini öz dostlarımızdan ibarət olan klub hesab edirik və burada hər il müxtəlif ölkələri təmsil edən müştəri və tərəfdaşlarımızla görüşmək, onlarla ünsiyyət qurmaq, habelə sənayedəki təmayülləri izləmək imkanı əldə edirik.

 



bottom

TƏRƏFDAŞLAR