EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - “Cisco CMX”, “Lancope” və “Firepower” sistemlərinin üstünlükləri
Media мərkəz » Xəbərlər

“Cisco CMX”, “Lancope” və “Firepower” sistemlərinin üstünlükləri
30.11.2016

Xəbərlər

Fərid Nadirov, “Eurodesign” şirkətinin layihə rəhbəri

– “Eurodesign” şirkəti İT xidmətləri, sistem inteqrasiyası, İT konsaltinq və layihələrin idarə edilməsi sahələrində ixtisaslaşıb. Bir artıq bir neçə dəfə “Bakutel” sərgisində iştirak etmişik. “Cisco” brendinin premium tərəfdaşı kimi, biz öz stendimizdə bu dünya miqyaslı istehsalçının bir neçə həll variantını təqdim edirik.

Beləliklə, Bakı Ekspo Mərkəzinin ərazisində şirkətimiz 17 nöqtədə yüksək sıxlıqlı “Wi-Fi” internet şəbəkəsini təmin edilib v bu şəbəkə eyni anda mindən artıq istifadəçinin internetə daxil olmasına imkan verir. Sərginin bütün ziyarətçiləri şəbəkədən pulsuz istifadə edə bilər. Real vaxt üzrə internetdən istifadə statistikası bizim stenddə quraşdırılmış monitorlarda əks olunur. Biz bu üsulla yüksək səviyyəli mühafizə və təhlükəsizliyi, eləcə də fəal (profilaktik) monitorinqi təmin edən və korporativ şirkətlər və ictimai təşkilatlar üçün qəza vəziyyətlərini aradan qaldırmağa imkanı verən “Cisco CMX”, “Lancope” və “Firepower” kimi yeni sistemlərin üstünlüklərini ilk dəfə nümayiş etdiririk. Bu həll variantları şəbəkə infrastrukturunu tam və vahid mərkəzdən idarə etməyə, proqram prosesləri və müdaxilənin qarşısının alınmasının üzərində təkmilləşdirilmiş nəzarəti həyata keçirməyə imkan verir.

Biz 20 ildən artıq müddət ərzində İKT bazarının aparıcı iştirakçılarını bir araya gətirən “Bakutel” sərgisində öz təcrübəmizi və uğur tarixçəmizi biznes-menecerləri, sənaye peşəkarları və texnologiyaya bağlı olan bütün insanlarlə bölüşməkdən məmnunuq.

 



bottom

TƏRƏFDAŞLAR