EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

Dəvətnaməni əldə edin

Mobil əlavə

Sərgi qəzeti

İnnovasiyalar Zonası
Bakutel - Sərginin ilk günündə imzalanan ilk müqavilə!
Media мərkəz » Xəbərlər

Sərginin ilk günündə imzalanan ilk müqavilə!
29.11.2016

Xəbərlər

Səbinə Məmmədli, “Azertelecom” şirkətinin Baş direktoru

– “Azertelecom” ASC rabitə operatoru kimi beynəlxalq sabit telefon rabitəsini, internet, eləcə də məlumat və səsli rabitənin ötürülməsini təmin etməklə fəaliyyət göstərir. Biz bir sıra beynəlxalq rabitə operatorları – ilk növbədə, Rusiya, Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrin operatorları ilə əməkdaşlıq edirik. Şirkətin planları arasında şəbəkənin inkişaf etdirilməsi və digər ölkələr ilə əməkdaşlıqların genişləndirilməsi daxildir.

Sərginin ilk günü necə nəticələndi? Alternativ internet mənbələrinə böyük maraq var. Dövlət və özəl sektorun nümayəndələri bizim stendə yaxınlaşaraq məhz bu xidmət sahəsində təqdim edilən imkanları ilə tanış olmaq istəyirlər. Qeyd edə bilərəm ki, biz sərginin ilk günündə bu xidmət üzrə müqavilə imzalamışıq.

Bundan başqa, biz şirkətlərə bizim DATA – mərkəzlərinin istifadəsi ilə bağlı əlavə xidmət növlərini təklif etməyə hazırıq. Eləcə də, bu gün kiber təhlükəsizlik məsələsi Azərbaycan üçün çox mühüm problemdir. Bu gün xeyli sayda maliyyə strukturu, banklar, dövlət təşkilatları bizimlə əməkdaşlığa maraq göstərir, çünki biz xüsusilə bahalı avadanlıq və texniki işçilər üçün əlavə ləvazimatlarının satın alınması baxımından, onların öz şəxsi imkanları ilə reallaşdırması məsrəfli olan şərtləri təklif edə bilərik.

 



bottom

TƏRƏFDAŞLAR