EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - “Square by Vivaction” sistemi ilə tanışlıq
Media мərkəz » Xəbərlər

“Square by Vivaction” sistemi ilə tanışlıq
29.11.2016

Xəbərlər

Aysel Qaden, xarici əlaqələr və əsas müştərilər ilə iş üzrə menecer

– 1995-ci ildə təsis edilmiş “Vivaction” şirkəti Fransanın lisenziyalı operatorudur və müəssisələrə kompleks rabitə xidmətləri göstərir. “Vivaction” şirkəti innovasiyaları tətbiq etməklə, şəxsi xidmət paketlərini təqdim etməklə və müştərilərin tələblərini yerinə yetirməklə, yüksək dünya standartlarına cavab verən məhsul, funksional imkanlar və keyfiyyətli xidmətlər təklif edir.

Bizim sərgidə təklif etdiyimiz əsas xidmət bütün telefon zənglərini, yazışmaları tamamilə şifrələməyə, məlumatların qorunmasına imkan verən “Square by Vivaction” sistemidir. Razılaşın ki, smartfon, planşet və noutbuk vasitəsilə korporativ verilənlər bazasına daxil olmaq peşəkar riskləri artırır. “Square” sistemi informasiya sıxması probleminin qarşısını alır. Məhz buna görə də, bizim sərgidəki iştirakımız informasiyaların qorunmasında maraqlı olan dövlət strukturları, hüquq-mühafizə orqanları, diplomatik korpuslar, nəhəng rabitə operatorlarının axtarışı ilə bağlıdır.

Həmçinin, biz dünyanın 160-dan artıq ölkəsində zəng etmək və zəngləri qəbul etmək, internetə daxil olmaq imkanı verən rouminq sistemini təqdim edirik. Bütün bunlarla yanaşı, bu xidmətin dəyəri dünyadakı analoji xidmətlər ilə müqayisədə 70 faiz daha ucuzdur.

“Vivaction” şirkətinin nümayəndələri daha əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəvəti ilə Bakını ziyarət ediblər. Sərgidə iştirak Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi üzrə siyasətin davamıdır.




TƏRƏFDAŞLAR