EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - “Micos” şirkətinin üstünlük və məziyyətləri
Media мərkəz » Xəbərlər

“Micos” şirkətinin üstünlük və məziyyətləri
29.11.2016

Xəbərlər

Frantişek Vançura, “Micos” şirkətinin beynəlxalq satışlar üzrə meneceri

– Çexiyanın “Micos” şirkəti 25 ildən çoxdur ki, kompyuter və telekommunikasiya texnikasının təchizatçısıdır, habelə aşağıdakı dörd əsas istiqamət üzrə proqram təminatı xidmətlərini həyata keçirir: “Telcom”, “Office System”, “ITS” və “Danet”.

“Bakutel 2016” sərgisində biz İnternetə qoşulma imkanı əldə etmək üçün istifadə olunan mis və optik lif kabelin çəkilməsi üçün plastik və metal qutular və şkaflar təqdim edirik. Bizim məhsullar dünyanın 51 ölkəsinə ixrac olunur. “Micos” şirkətinin üstünlüyü ondan ibarətdir ki, biz öz standart məhsullarımızı sifarişçinin tələblərinə tez və çevik surətdə uyğunlaşdırmağa hazırıq.

Bizim bu sərgidə ilk iştirakımız bazarda vəziyyətin öyrənilməsi və yerli operatorlar və internet provayderlər arasında tərəfdaşların axtarılıb tapılması ilə əlaqədar idi. Biz bilirik ki, Azərbaycan post-Sovet məkanında İnternetdən istifadə üzrə qabaqcıl ölkələrdən biridir və buna görə də, Azərbaycan bizim üçün prioritet bazara çevrilir.

Sərgi ərəfəsində biz öz məhsullarımızın təşviqi üçün bir sıra maraqlı görüş və danışıqlar keçirmişik. Bütün bu görüşlər əvvəldən razılaşdırılmışdı və bizim mümkün tərəfdaşlarımız “Micos” şirkətinin stendinə dəvət olunmuşdu.




TƏRƏFDAŞLAR