EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Biz Azərbaycan ilə yaxşı işgüzar əlaqələr qurmuşuq!
Media мərkəz » Xəbərlər

Biz Azərbaycan ilə yaxşı işgüzar əlaqələr qurmuşuq!
29.11.2016

Xəbərlər

Sergey Qupalov, “Telesvaz” (Телесвязь”) şirkətinin tərəfdaşlarla il üzrə departamentinin rəhbəri

– “Telesvaz” (“Телесвязь”) müxtəlif çətinliyə malik olan telekommunikasiya layihələrinin reallaşdırılması və müasir müəssisə və təşkilatlar üçün İT infrastrukturunun yaradılması sahəsində 20 illik təcrübəyə malik olan Rusiyanın aparıcı mühəndislik şirkətidir.

Şirkətin əsas fəaliyyət istiqaməti telekommunikasiya, informasiya, avtomatlaşdırma, inşaat, energetika və digər sahələrdə sistem inteqrasiyasıdır. Bunlar arasında şəbəkə və zəif enerji sərfiyyatlı həll variantları, mühafizə, video-müşahidə, yanğınsöndürmə və bir sıra digər sistemlər yer alır.

Biz Bakıda keçirilən sərgidə şirkətin ayrıca fəaliyyət istiqaməti ilə - operator və korporativ səviyyədə inteqrasiya edilmiş rabitə şəbəkələrinin yaradılması üçün nəzərdə tutulmuş proqram - aparat kompleksi olan “FLAT SoftSwitch” İP-telefoniya proqram məhsulu ilə iştirak edirik. Bununla yanaşı, qeyd, tarifikasiya, məlumatlandırma, SMS-informasiya, faks-server sistemləri təqdim edilir.

Biz bu sərgidə debüt etsək də, Azərbaycan ilə yaxşı qarşılıqlı işgüzar əlaqələr qurmuşuq. Biz yerli şirkətlərlə sıx əməkdaşlıq edir və onların köməyi və sərgi vasitəsi ilə öz proqram məhsulumuzun satış bazarını genişləndirəcəyimizə ümid edirik.

 



bottom

TƏRƏFDAŞLAR