EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Yerli innovasiyaların böyük potensialı
Media мərkəz » Xəbərlər

Yerli innovasiyaların böyük potensialı
29.11.2016

Xəbərlər

Ruslan Novruzov, “R.İ.S.K.” şirkətinin meneceri

–  “R.I.S.K.” şirkəti “BakuTel 2016” sərgisində onun öz təkmilləşdirmələrinə və tərəfdaşları -  dünyanın aparıcı İT avadanlığı istehsalçılarının texnologiyalarına əsaslanan qabaqcıl həll variantları nümayiş etdirir. Bu ekspozisiyada əsas diqqət yüksək ixrac potensialına malik olan və artıq bütün dünyada qəbul edilən yerli innovativ həll variantlarına yönəldilib. Məsələn, bizim stenddə dünyanın iyirmidən çox ölkəsində yaxşı tanınan və səmərəli və təhlükəsiz aeronaviqasiyanı təmin edən “PANDA” markalı proqram tətbiqləri kompleksi təqdim olunur.

Ziyarətçilər Wi-Fi simsiz rabitəsini istehlakçıların üstünlük verdiyi məhsulların təhlil olunmasının və istehlakçılarla qarşılıqlı əlaqələrin güclü vasitəsinə çevirən, getdikcə daha böyük populyarlıq qazanan innovativ “WandaFi” texnologiyası ilə tanış olurlar. “IT-Expertise” (İT sahəsində peşəkar təcrübə) sahəsində həll variantları paketi regionda həyata keçirilən bir sıra ən böyük infrastruktur layihələrində artıq tətbiq olunub. “R.I.S.K.” şirkəti öz tərəfdaşları ilə birlikdə təhlükəsiz və böyük yüklü Wi-Fi şəbəkələrinin təşkil edilməsi üçün nəzərdə tutulan həll variantları silsiləsini və məlumat nəqli şəbəkələrinin təhlükəsizliyi və səmərəsinin yüksəldilməsinə yönəldilən ən yeni məhsulları təqdim edir. 

Burada “R.I.S.K.” şirkətinin stendini ziyarət edən insanların bu həll variantlarını sınaqdan keçirməsi və sınaqların təcrübi nəticələri ilə tanış olması, habelə bizim şirkətin texniki mütəxəssislərindən ekspert tövsiyələri, eləcə də məsləhət alması üçün əla imkan yaradılıb.  



bottom

TƏRƏFDAŞLAR