EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - “Bakutel 2016”: Azərbaycanda İKT-nin inkişaf tempinin parlaq siması
Media мərkəz » Xəbərlər

“Bakutel 2016”: Azərbaycanda İKT-nin inkişaf tempinin parlaq siması
29.11.2016

Xəbərlər

29 noyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları  “Bakutel 2016” sərgisi İKT həftəsinə start verməklə öz işinə başladı. Tədbirin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri çıxış edir. “Bakutel 2016” sərgisi dünyanın 18 ölkəsini təmsil edən 200 şirkəti bir araya toplayıb.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin “Bakutel” sərgisini ziyarət etməsi tədbirin yüksək statusunu göstərir. “Bakutel” sərgisi İT məhsul və xidmətlərin təqdim edildiyi əsas platforma kimi beynəlxalq biznes platforması statusu qazanıb. Builki sərgi Azərbaycanda İKT sahəsinin inkişaf tempini inandırıcı şəkildə əks etdirir.

Sərgi üzrə VİP turda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Houlin Çjao, Belarus Respublikasının rabitə və informasiya naziri Sergey Popkov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Çinin sənaye və informasiya nazirinin müavini Çjin Şubo, Qazaxıstan Respublikasının informasiya və kommunikasiya nazirinin müavini Alan Ajibayev, “China Telecom” şirkətinin Mərkəzi Asiya üzrə Baş direktoru Sia Vey və başqaları iştirak ediblər. Yüksək rütbəli qonaqlar sərginin əsas stendlərini, müxtəlif ölkələrin milli pavilyonlarını ziyarət edib, İT məhsul və xidmətlərinin nümayişinin miqyas və səmərəliliyini müsbət qiymətləndiriblər. “Bakutel 2016” sərgisinin iştirakçıları arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alırlar. Bu il debütantlar sərgi iştirakçılarının 30%-ni təşkil edirlər. Azərbaycanda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransanın “Vivaction”, Rusiyanın “Balt-Energo” şirkətləri, Belarusun “Beltelecom” kimi dövlət strukturları, Xorvatiyanın “Banksoft”, “Secom” və “Span”, Amerikanın “DELL EMC”, Ukraynanın “MUK”, Çinin “FEC” və “BBT Telecom” şirkətləri, eləcə də “CBC sport TV”, “GSS” və digər yerli şirkətlər var.

Sərginin ekspozisiyası aşağıdakı seqmentləri əhatə edir: telekommunikasiya və şəbəkələr, kabel və simsiz rabitə, peyk rabitə və texnologiyaları, İT və ofis texnologiyaları, 4-5G mobil texnologiyalar, optik lif və “bulud” texnologiyaları sahəsində xidmətlər, “elektron hökumət”, informasiya təhlükəsizliyi, kosmik texnologiyalar. Yaxın gələcəkdə yüksək texnologiyalar sənayesinin inkişafını sərgidəki yeniliklər - insanların gündəlik həyat və məişətini yüngülləşdirən müxtəlif qacetlər, eləcə də İT və kiber-hücumlardan müdafiə sahəsində təhlükəsizlik üzrə yeni texnologiyalar və bir sıra digər məhsullar əks etdirəcək.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunan milli pavilyonların fəal iştirakı artıq “Bakutel” sərgisinin ənənəsinə çevrilib. Bu il Avstriya, Belarus, İran, İtaliya, Niderland Krallığı, Pakistan, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətlərini, innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərin təqdimatlarını nümayiş etdirəcəklər.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakutel 2016” sərgisinə rəsmi dəstək verir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) kimi Azərbaycanın dövlət strukturları da sərgini yaxından dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq sənaye institutlarının verdiyi dəstək, eləcə də Ümumdünya sərgi sənayeləri assosiasiyası (UFI) tərəfindən tədbirə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu təsdiq edir.



bottom

TƏRƏFDAŞLAR