EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

Stendin rezervasiyası

Sərginin programı

İştirakçıların siyahısı

Dəvətnaməni əldə edin
Səfərin təşkili » Otellər

RƏSMİ MEHMANXANALAR:


Boulevard Hotel Baku Autograph Collection

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən “Boulevard Otel” Azərbaycanın ən böyük konfrans oteli olmaqla qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. “Boulevard Otel” paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli məkanda yerləşir və qonaqlara vaxtlarını səmərəli keçirmək üçün hər cür imkanlar təklif edir.
“Boulevard Otel Bakı”nın qonaq otaqları döşəmədən tavanadək olan pəncərələrindən Xəzər dənizinə açılan möhtəşəm mənzərəsi, işgüzar və ya istirahət məqsədilə gələn qonaqların rahatlığını təmin edəcək müasir üslublu mebel və komfortlu yataqları ilə seçilir. Otel otaqlarının interyeri məşhur memarlıq şirkətlərindən olan Robert Angell Design, dəhliz və digər ərazilər isə MKV Design tərəfindən dizayn edilmişdir.

Rezervasiya üçün əlaqə saxlayın:

Tel:
Faks:
E-Mail:
WWW:
+994 12 310 00 10
+994 12 537 0802
info.boulevard@absheronhotelgroup.com
www.absheronhotelgroup.com

Intourist Hotel Baku Autograph Collection

Möhtəşəm şəkildə bərpa edilmiş və müasirləşdirilmiş qədim binada öz əksini tapan İnturist Otel Bakı şəhərin mədəni, tarixi və biznes mərkəzində yerləşməklə Sizə zərif qonaqlamanının dadını hiss etdirəcəkdir. Bizim qonaq otaqlarımız və syutlarımız Sizə unudulmaz rahatlığı və gözoxşayan incəliyi yaşatmaq üçün dizayn olunublar. Eksklyuziv Intourist restoranı – Bakıda müəllif mətbəxi olan ilk restorandır, nahar üçün möhtəşəm atmosfer yaradır. Detallara və xidmətə göstərilən incə diqqət butik Spanı əvəzolunmaz təcrübəyə çevirəcək. İnturist Otel Bakı komfort və dəbdəbəni özündə birləşdirərək qonaqlamanızı unudulmaz edəcəkdir.

Rezervasiya üçün əlaqə saxlayın:

Tel:
Faks:
E-Mail:
WWW:
+994 12 310 00 10
+994 12 537 0802
info.boulevard@absheronhotelgroup.com
www.intouristhotelbaku.com

   
   Qafqaz Point Hotel
   Bakı Şəhəri, Yasamal Rayonu,
   K. Kazımzadə küç. 118, 560-cı məhəllə.


Qafqaz Point Butique Otel Gilan turizmin 5 ulduzlu otel olaraq sinifləndirilən Bakıdakı ən yeni otel layihəsidir. Otel məxsusi memarlıq planı, müasir dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi heyəti ilə beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir.
Otel 44 birnəfərlik, 26 superior, 3 junior suit və birdə lyuks olmaq üzrə 74 ədəd əla dekore edilmiş otaqdan ibarətdir. Konfrans zalı, spa mərkəzi, Naxçıvan açıq bufet restoranı və Panorama a La Carte restoranı müştərilərin bütün zəruri xidmətlərlə təmin edəcek şəkilde dizayn edilmişdir. Bundan əlavə Qafqaz Point Hotel hava limanı transferi, həkim, ekskursiya, uşaq baxıcılığı, bilet satışı, 24 saat otaq xidməti və pulsuz kabelsiz internet xidməti göstərir.

Rezervasiya üçün əlaqə saxlayın:

Tel:
Faks:
E-Mail:
WWW:
+994 12 510 7878
+994 12 537 0802
info@qafqazhotels.com
www.qafqazhotels.com

Digər otellər


Atropat ****

Atropat hoteli dənizsahili ərazidə, qədim Bakının ürəyi olan Içəri Şəhərdə yerləşir. Hotel aşağıda qeyd olunan turizm məkanları ilə əhatə olunub: Qız Qalası, Şirvanşahlar Sarayı, Xəzərin sahilindəki Milli Park, Musiqili fəvvarələr parkı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, “İçəri Şəhər” metro stansiyası. Təklif olunan xidmətlər:  Konfrans zalı, Siqaret çəkilməyən otaqlar, Şəxsi elektronik seyf, Beynəlxalq mətbəx, 24 saat otaqlara xidmət göstərilməsi, 24 saat səyahət turlarının sifarişi, Konserj, Çamaşırxana xidməti, Transfer, Avtomobil icarə xidməti, Restoran və ticarət mərkəzləri üzrə məsləhətlər, Turistik ekskursiya Uşaq yataq dəsti, Oyandırma xidməti.

 

Austin Boutique Hotel ****

Austin Boutique Hotel, şəhərin mərkəzində, Fəvvarələr Meydanı, Malakan Bağı və Bulvar kimi ərazi, İçəri Şəhər və Qız Qalası kimi abidələrin yaxınlığında yerləşir. Otel, ikinəfərlik və iki birnəfrlik  yataqlı 31 geniş və gözəl dizayn edilmiş otaqların mükəmməl bir kolleksiyası təklif edir. Qonaqlara seçim olaraq STANDARD, DELUXE, EXECUTIVE və SULTAN otaq növləri təklif olunur. Demək olar ki, bütün otaqlarda balkon  və təəssüratlı şəhər mənzərələri var.  Bizim mehmanxana müasir 4* ulduzlu oteldən gözlənilən rahatlıq və imkanlara cavab verdiyi üçün, həm işgüzar səyahətçilər, həm turistlər üçün əlverişlidir.

 

The Crown Hotel Baku
Best Comfort… Best Value… Best Place for You…

Dəbdəbəli və 5 ulduzlu The Crown Hotel Baku qonaqlarımıza şəhərin və Bakı körfəzinin panoramik mənzərələri ilə zəngin, müxtəlif kateqoriyalara malik 122 rahat otaq təklif edir.

Yüksək səviyyəli, diqqətəlayiq, işgüzar görüşlər, tədbirlər və əyləncələr üçün idealdır məkandır.

The Crown Hotel Baku biznes və turizm səfərlərinin bütün tələblərinə tam olaraq cavab verir.

Otel  şəhərin əsas və elit hissəsindən, 10 dəqiqəlik məsafədə yerləşir.

 

City Mansion ****

“City Mansion” hotel kompleksi “Keppel Group” (Sinqapur Respublikası) daxil olan FELS Baku Ltd. kompaniyasına məxsusdur. City Mansion 45 otaqlı  4 mərtəbəli binadan, Restoran, Karaoke barı və Sağlamlıq Mərkəzindən (Örtülü Hovuz, Sauna/cakuzi, Trenajor zalı, Oyun zalı və Bilyard zalı) ibarətdir.

Apartamentlərdə tam təchiz olunmuş mətbəx vardır. City Mansion qonaqlara qısa, orta və uzun müddətli yüksək keyfiyyətli hotel xidməti göstərir. Hotel şəhər mərkəzindən 10 dəqiqəlik məsafədə sakit və mühafizə olunan ərazidə yerləşir.

 

Dreamland Golf Hotel ****

Dreamland Golf Hotel, Heydər Əliyev Beynəlxalq Hava Limanından 10 dəqiqəlik məsafədə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən möhtəşəm bir oteldir.

Otel, ilboyu mükəmməl golf sahələri, Golf Mağazası və restoranlar və çox sayda istirahət və əyləncə imkanları təklif edir. 18 dəlikli golf sahəsi otelin birbaşa qarşısında yerləşir.

Dünyanın ən nüfuzlu golf idarə şirkətlərindən olan IMG tərəfindən idarə olunan Dreamland Golf Club, ümumi 66 hektar ərazi üzərində inşa edilmişdir. Bunlar Dreamland Golf Hotel Baku-nun əyləncələrdən yalnız bir neçəsidir.

Otaqlar pulsuz Wi-Fi, ofis masası, peyk televiziyası, soyuducu, seyf qutusu, fen və duş kabinəsi ilə təchiz olunmuş xüsusi vanna otağı mövcuddur. Otel, bütün gün boyu yemək imkanlarını, ATM, mini market, qonaqlar üçün baqaj otağı və avtopark xidməti təklif edir.

Biz sizin dilinizdə danışırıq!

 

Emerald Hotel ****

Əziz vətəndaşlarımız və paytaxtımızın qonaqları. Sizin lüks və elit istirahətiniz üçün sizə dörd ulduzlu "Emerald" oteli təklif edirik. Qonaqlarımıza 71 geniş otaq təklif olunur: 18 otaq - Standart, 46 otaq - Superior, 4 otaq - Executive Lux  və 3 otaq - Junior Suite. Hər bir otaqda rəqəmsal televiziya sistemi, simsiz Wi-Fi internet xidməti, seyf, mini bar və kondisioner sistemi mövcuddur. Fitness mərkəzi aktiv həyat tərzi sevənləri üçün əsl cənnətdir. Biz sizə müasir qapalı hovuz, sauna, hamam təklif edirik.Otelimizdə 40 nəfərlik konfrans zalı da sizin xidmətinizdədir. Restoranımız tədbirlər və banketlərin keçirilməsi üçün son dəb Milli ,Avropa və Türk mətbəxləri ilə təchiz olunmuşdur. Qonaqpərvər və məsuliyyətli personal ən yüksək xidmət səviyyəsini təmin edərək sizi evinizdəki kimi hiss etdirəcək.

 

Grand Hotel Baku ****

Grand Hotel Baku Bakıda qonaqlamaq üçün ideal bir yerdir, hansıkı nəqliyyat və ticrət mərkəzlərinə yaxınlığı ilə seçilir. Azərbaycanın paytaxtınin mərkəzində udulmaz bir gün keçirə və bütün xidmət növlərindən istifadə edə bilərsiniz. Yüksək səviyyəli xidmətilə seçilən otelimizdə Standart və Junior Suit daxil olmaqla 42 otaq mövcutdur ki, burada istədiyiniz rahatlıqdan zövq ala bilərsiniz.Bundan başqa otelədəki 2 restoran Azərbaycan,İtalyan, Yapon mətbəxinin dadlı təamlarını təklif edir. Bütün sadalananlarla yanaşı qonaqların rahatlığı üçün limo-service də xidmətinizdədir.

 

Grand Hotel Europe *****

Hər cür şəraiti olan bu beşulduzlu otel həm işgüzar adamlar, həm də turistlər üçün gözəl seçimdir. Otelin bütün rahatlığı və şəraiti olan 75 otağı var. Oteldə 24 saatlıq otaq servisi mövcuddur. Əla təchiz olunmuş “Baku Ballroom”, “Kura Room”, “Araz Room” və “Grand Europe Exhibition centre” müxtəlif tədbirlərin, konfransların, seminarların, sərgilərin və böyük şənliklərin keçirilməsi üçün ideal yerdir. Qonaqlar dünya mətbəxinin yeməkləri verilən “Caviar Restaurant”da rahat mühitdə dincələ bilərlər. “Caspian Bar” sizə geniş çeşiddə içkilər təklif edir.

Yorğun iş günündən sonra bizim kardio idman, həmçinin güc hərəkətləri üçün olan yüksək keyfiyyətli avadanlıqla təhciz olunmuş “Olympus” idman mərkəzinə dəvət edirik. Mərkəzin həmçinin Saunası və Türk hamamı qonaqların xidmətindədir. Yüksək səviyyədə əylənmək üçün sizi bizim yeni təmirdən çıxmış “Capones’” gecə klubuna dəvət edirik.

 

Holiday İnn Hotel ****

Holidey İnn Oteli Bakı şəhərinin düz mərkəzində yerləşir və həm işgüzar, həm də turistik səfərlər üçün ideal seçimdir.
Bütün dünyada məşhur olan dördulduzlu brenddir. Sərəncamınızda 223 otaq var ki, onlardan da 3-ü kübarlara layiq lüks nömrələrdir. Əla təchizatlı otaqlardan Xəzər dənizinə açılan möhtəşəm mənzərə və ya Bakı şəhərinin mərkəzi hissəsinin panoramasını seyr edə bilərsiniz. Rahatlığın təmin edilməsi üçün bütün otaqlar ən yüksək beynəlxalq standartlara uyğun təchiz olunmuşlar.
Bütün qonaqlar INN Spa-ya pulsuz daxil olaraq, burada trenajor zalı, sauna, buxar hamamı və qapalı hovuzdan, eləcə də bir neçə prosedur kabinetindən istifadə edə bilərlər.
Korporativ tədbiriniz üçün məkan axtarışındasınızsa, Holidey İnn Bakı Sizin üçün ən düzgün seçim olacaq. Zallarımızdan biri (5 konfrans zalı və 1 bollrum), ümumi sahəsi 550 kvadrat metr olan “Bakı” zalı istər kübar rautları, istərsə də işgüzar sammit və görüşlər üçün ideal məkandır.
Holidey İnn otelinin aşpazları “Marina 18” restoranında Azərbaycan və Avropa mətbəxinin ləziz təamları ilə zövqünüzü oxşayacqlar. Əlavə olaraq qonaqlar rahat “Sagi” lobbi-barında qəhvə içə, dostları və ya işgüzar tərəfdaşları ilə görüşə bilərlər.

 

Modern Hotel ****

Modern Hotel şəhərin mərkəzində, hava limanına 20 dəqiqəlik məsafədə yerləşir. Bu da o deməkdir ki əcnəbi qonaqlar şəhərin nəbzini tutmaqla yanaşı gəzməli, turistik nöqtələrə və əyləncə mərkəzlərinə rahat, tez və maneəsiz çata bilir.
Otelimiz 4 ulduzlu olmasına baxmayaraq, 5 ulduzlu otellər səviyyəsində keyfiyyətli xidmət təklif edirik.
Modern Hotel qonaqlarına öz evlərindəki tək rahatlıq, komfort və gülərüz xidmət söz verməklə yanaşı, onları bir – birindən dadlı, zəngin, hər bir ağız dadına uyğun dünya mətbəxindən təamlar ilə də sevindirir.
Modern Hotel 2012–ci ildən fəaliyyət göstərir. Hal–hazlrda otelimiz dünya otel bronlaşdırma saytlarında Azərbaycanın ən məşhur 5 ulduzlu otelləri ilə yanaşı reytinqdə yüksək ballar və qonaqlar tərəfindən daim pozitiv rəylər ilə müşahidə edilməkdədir. Modern Hotel personalı keyfiyyətli xidmətləri ilə daim bu statusu qoruyub saxlamağa və peşəkarlıq səviyyəsini  daha da artırmağa səy göstərir.
Otel yeddi mərtəbə və 67 standart və suite otaqdan ibarətdir. Bir- birindən rahat avropa üslubunda tərtib edilmiş bu otaqlar mini bar, telefon, 800-dən çox müxtəlif kanallı LCD televizor, yüksək sürətli wi-fi internet şəbəkəsi,duş kabini, rahat və komfortlu yataq və oturma dəsti, saç qurudan, rəqəmsal seyf, istilik və havalandırma sistemi ilə təmin olunmuşdur.
Hava limanından qonaqların qarşılanması, 24 saat otaq servisi və pulsuz avtomobil dayanacağı  təklif edilir.
Bundan başqa səhər yeməyi, fitnes mərkəzi, əyləncə otağı və fin hamamı pulsuz olaraq qonaqların xidmətindədir.

 

New Baku Hotel ****

Bakının mərkəzində yerləşən  New Baku Hoteli  Rusiya Federasiyası, Türkiyə Cumhuriyyəti və Amerika Birləşmiş Ştatları səfirliklərinin yaxınlığında yerləşir. Otel həmçinin Heydər Əliyev adına hava limanından 25 dəqiqəlik bir məsafədədir.
New Baku Hotelində yaradılmış yüksək səviyyəli xidmət işgüzar səfərdə, istirahətdə olan qonaqlarımızı evlərindəki kimi hiss etdirir.
7 mərtəbəli otelimizdə Sizin qalmağınız üçün hər bir şəraiti olan 48 ədəd rahat otaqlar vardır. 
New Baku Hotelinin bütün nömrələri hava tənzimləyicisi, saçqurudan, peyk/kabel antenalı televizor, duş kabini, sürətli internet, minibar, rəqəmsal seyflə təchiz olunmuşdur.
Qonaqlarımız üçün  24 saat otaq servisi menyusu təklif olunur.

 

Ramada Hotel & Suites Baku

Şəhərin mərkəzində olan, Hotel "Ramada Hotel & Suites Baku", Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 12 km və sərgi mərkəzi, Bakı EXPO-dan, 10 km məsafəsində yerləşir.
Otel məxsusi memarlıq planı, müasir dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi heyəti ilə beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir.
Hotel 20 Standart Otaq, 18 Superior, 25 Junior Suite, 9  Suite,  4 duplex otaqlar və məhdud məsuliyyətli olan şəxslər üçün 1 otaq, olmaq üzrə  77 ədəd əla dekor edilmiş otaqlardan, ibarətdir. 
Konfrans zalı, spa mərkəzi, “Şamdan”  “a la carte”  restoranı müştərilərin bütün zəruri xidmətlərlə təmin edəcek şəkilde dizayn edilmişdir.
Oteldə Bütün otaqlar Aşağıdakı avadanlıqlarla təchiz olunur:

  • 42 dyümlü plazma  ekran TV, kanallarının geniş seçimli  kabel və peyk TV
  • iş zonası və istirahət zonası
  • ikili  telefon xətti
  • yüksək sürətli və simsiz İnternet
  • istilik və soyutma sistemi
  • fərdi hava filtrasiya
  • hamam və gigiyenik  aksesuarları
  • xalat, tərlik
  • fen, ütü və ütü masası
  • mini-bar, çay və qəhvə ləvazimatları
  • seyf
  • Qeyri-allergik yastıq, uşaqlar üçün çarpayı  və (xahiş üzrə) əlavə çarpayı
  • 24 saat otaq xidməti
  • Açılan pəncərə və eyvan,  təmiz havaya  baxan

Bizim "Green Konfrans Salonunda", konfrans zalı tam son texnologiya ilə təchiz olunub.
Bundan başqa, "Ramada Hotel & Suites Baku" hava limanı transfer, tibbi yardım, turlar, bilet, otaq xidməti bir servis kimi xidmətləri təklif edir.

 

The Renaissance Palace Baku *****

Renaissance Palace Baku xüsusi imtiyazlar, geniş otaq rahatlığı təmin edən və biznes səyahətçilərinin tələblərini hərtərəfli olaraq qarşılayan Renaissance nömrəsi ilə birlikdə 60 zövqlə işlənmiş lüks otaqlar təklif edir. Bu möhtəşəm dekorasiyalı otaqlar fərqli və geniş Avropa üslubuna malik olaraq, hər biri böyük və ya iki nəfərlik yataq və tək və ya iki nəfərlik divanla təmin olunmuşdur. Bütün otaqlar fərdi şəkildə idarə olunan kondisioner, yüksək sürətli internetə çıxış, beynəlxalq kanallı kabel TV, divan və minibarla təchiz edilmişdir. Axşam yataq hazırlığı həyata keçirilir. Sizi Renaissance Palace Baku-da səbirsizliklə gözləyirik.

 

Rich Hotel *****

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından və şəhər mərkəzindən avtomobillə cəmi 15 dəqiqəlik məsafədə, rahat yerləşimə malik zəngin Rich otel səmimi və diqqətcil hisslərlə qonaqları üçün rahatlıq və böyük avantaj yaradır.

Zövqlü mebellərlə döşənmiş otaqlar ödənişsiz sürətli internet, düz ekran LCD televizor, kondisioner və minibarla təchiz edilmişdir. Yorucu bir günün ardından qonaqlar otelin spa və sağlamlıq mərkəzindən, massajdan, həmçinin daxili hovuzdan istifadə edə bilərlər.

Formada qalmaq üçün isə Rich otelin fitnes mərkəzi hər zaman qayğınıza qalmağa hazırdır. 

Avropa və Azərbaycan mətbəxinə malik  “Zümrüd” və “Garden Bar”restoranları öz ləzzətli təamları ilə qonaqları heyran buraxacaq.

Gülərüz personalı və göstərdiyi müxtəlif xidmətlərlə (bilet və ya tur təşkili) Rich otel qonaqlamanızı mümkün olduğu qədər daha əsrarəngiz edəcək.

 

Riviera Mehmanxanası ****

Riviera Mehmanxanası Bakının mərkəzində, Xəzər dəniz limanının yaxınlığında, əsas alış –veriş mərkəzlərinə və ticarət ofislərinə 10 dəqiqə uzaqlıqda yerləşir.

Mehmanxana qonaqlara 20 otaq təqdim edir.

Gozel deniz menzereli restoran

Konfrans zal movcuddur.

Siqaretçəkənlər üçün otaqlar ancaq sorğu ilə təqdim olunur.

Bütün otaqlar da:

  • Seyf və fen
  • İndividual havalandırma sistemi
  • Rahat iş masası
  • Birbaşa telefon xətti
  • Cox kanallı plazma TV
  • Yüksək sürətli simsiz İnternet xətti
  • Mini bar
  • 24 saat otaq xidməti
  • Axşam servisi

 

Sapphire İnn Hotel ****

Modern üslubda qurulan “Sapphire Inn Hotel” müasir rahatlıqların və yüksək səviyyəli xidmətin qovuşduğu məkandır. Qonaqların rahatlığı və xoş vaxt keçirmələri üçün otelimizdə hər bir şərait yaradılıb.   
Sapphire Inn Hotel şəhərin düz mərkəzində yerləşib və bu sizə vaxtınızı itirmədən şəhərin görməli yerlərini, ticarət və əyləncə, həmçinin biznes mərkəzlərini ziyarət etməyə imkan verəcək.
Sapphire Inn Hotel 56 geniş otaqlardan ibarətdir. Onlardan 26-ü biznes, 19 delyuks, 11-i isə ailəvi delyuks nömrələrdir.
Hər nömrə ikiyataqlı çarpayı, duş kabini ilə təchiz edilmiş hamam otağı, yazı masası, stullar, yumşaq mebel, LCD televizoru, kondisioner sistemi,  internetə simli və simsiz qoşulma imkanı, telefon, seyf və mini-barla təchiz edilib.

 

Staybridge Suites ****

Staybridge Suites - Intercontinental Hotels Group daxilində beynəlxalq bir zəncirdir.
Otel, şəhərin mərkəzində (Expocentre-dən 20 km ) məsafədə yerləşir. Standart rahat mebel dəstələrindən əlavə (kondisioner, düz ekran televizor, təhlükəsiz, ütü qurğuları) 76 otaq tam təchiz olunmuş mətbəx mebeli ilə təchiz olunmuşdur. Qiymətə bufet üslubunda səhər yeməyi daxildir. Otel həftədə 3 dəfə pulsuz bir büfe təmin edir (1 saatlıq müddətdə limitsiz miqdarda pivə, şərab, sərinləşdirici içkilər və qəlyanaltılar). Expo qonaqlarına xüsusilə Expo-ya 1 dəfə pulsuz transfer ilə təmin edirik.

 

West Shine Hotel ****

Bakının  ən əsas görməli məkanlarını kəşf etmək istəyirsinizsə, Heydər Əliyev Mərkəzi, Zabitlər Parkı  və Azərbaycan Opera və Balet Teatrından 3.9 km məsafədə yerləşən West Shine Hotel sizin üçün düzgün seçimdir.Siz həmçinin  Formula 1 Gran Prix Baku və Fəvvarələr Meydanını ziyarət edə bilərsiniz. Shopping həvəskarları üçün Bakının ən böyük ticarət mərkəzlərindən olan Ganjlik Mall 10 dəqiqəlik yürüyüş məsafəsində yerləşir.

Oteldə 7-si  smoking  olmaqla 54 otaq var. Otaqlarda kondisioner, televizor və mini bar mövcuddur. İş səyahəti ilə əlaqədar gələn qonaqlar üçün iş masası və lazimi ləvazimatlar qoyulmuşdur.Hər bir otaqda şəxsi hamam otagi və kosmetik vasitələr və fen var.Wi-fi xidməti qonaqlara odenişsiz sunulur.West shine oteldə muasir idman zalı, 25-150 nəfər tutumu olan iki konfrans zalı və yeraltı 2 dayanacaq qonaqların xidmətindədir.Bizim restoranda siz yerli və avropa mətbəxinin ləziz təamlarını dada bilərsiniz.

Oteldə aciq buffet tipli səhər yeməyi qonaqlara təqdim olunur.Restoranda sizə “A La Carte” və “Halal” menu seçimi təklif olunur. Transport və ekskursiyaların təşkili ilə baglı məlumat əldə etmək istədikdə qonaqlar 24 saat xidmətdə olan receptiona yaxınlaşa bilərlər.


TƏRƏFDAŞLAR