23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı


5 - 8 dekabr 2017 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

“Caspian Event Organisers” şirkəti 2017-ci ildə bir sıra tədbirlər keçirməyi planlaşdırır

“Caspian Event Organisers” şirkəti 2017-ci ildə bir sıra tədbirlər keçirməyi planlaşdırır
28.02.2017

Xəbərlər

2017-ci ildə sərgi və konfransların peşəkar təşkilatçısı “Caspian Event Organisers” “CEO” şirkəti növbəti sərgiləri keçirməyə nəzərdə tutub: 11-ci Azərbaycan Beynəlxalq Təhsil və 11-ci Azərbaycan Beynəlxalq Karyera sərgiləri, 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianАgro” Sərgisi, 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” Sərgisi, 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel” Sərgi və Konfransı və 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr “Gift Fair” 2017- hansı ki, şirkətin portfoliosunda yeni tədbir sayılır. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən dəstəklənir.

Bu il Təşkilat komitəsi iştirakçı və ziyarətçilərin xahişini nəzərə alaraq “Təhsil” və “Karyera” sərgilərini yaz mövsümündə, yəni 14-16 aprel tarixində keçirmək barədə qərar qəbul edib. Bu sərgilərdə təhsil müəssisəsi, fakültə və gələcək peşənin seçilməsi zamanı gələcək tələbələrə kömək üçün bir sıra təkliflər təqdim olunacaq.

Kənd təsərrüfatı və qida məhsullarının istehsalçı və distribyutorlarını bir araya gətirən nəhəng regional Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi isə 17-19 may tarixində keçiriləcək. Bu il “CaspianAgro 2017” sərgisində Azərbaycan, Türkiyə, İtaliya, Rusiya, Şri-Lanka və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribyutorları iştirak edəcəklər. Həmçinin bu il ilk dəfə olaraq Niderland Krallığı sərgidə tərəfdaş-ölkə qismində çıxış edir. Ötən il sərgini ziyarət etmiş Maastrix Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının keçmiş sədri və Aİ Parlament Assambleyasının (“PASE”) fəxri rəhbəri cənab Rene Van der Linden qeyd etmişdir ki: “- Bu sərgi kənd təsərrüfatı sektorunun inkişafı, xüsusən də “B2B” (“korporativ kommersiya əlaqələri”) formatda püxtələşməsi üçün əla imkan yaradır. Bu forum məni valeh edib və mən hesab edirəm ki, Niderland şirkətlərinin bu sərgidə iştirakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə kömək edəcək.” Beləliklə, Niderland Krallığının sərgidə tərəfdaş ölkə qismində çıxış etməsi holland şirkətlərinin “CaspianAgro” sərgisində çoxillik iştirakının uğurlu nəticəsidir.

Sevindirici haldır ki, kənd təsərrüfatı sektoruna həsr olunan bu sərgidə xarici istehsalçılarla yanaşı, yerli şirkətlər də iştirak edirlər. Ənənəvi olaraq, hər il “CaspianAgro” sərgisində Azərbaycan sahibkarlarını yüksək keyfiyyətli məhsul istehsalının dəyişməz şərti olan yeni texnologiya ilə tanış etmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə respublikanın bölgələrindən işgüzar turlar təşkil olunacaq. “CaspianAgro” 2017 sərgisinin qeydiyyat üzrə sponsoru “Grand Motors” (Azərbaycan) şirkətidir. 2017-ci ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətin veb-saytında www.ceo.az  tanış olmaq mümkündür. 


Xəbərlər

Bütün xəbərlər