EN
RU
23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı

5 - 8 dekabr 2017 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Rəsmi kataloq
Bakutel - “Bakutel” sərgisi çərçivəsində “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçiriləcək
Media мərkəz » Xəbərlər

“Bakutel” sərgisi çərçivəsində “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçiriləcək
25.11.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Huawei” şirkətinin sponsorluğu ilə 29-30 noyabr tarixlərində “Bakutel-2016” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçiriləcək.

Konfransda “Huawei”, “SAP” və “Cisco” kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların  nümayəndələri iştirak edəcək.

Tədbir çərçivəsində “İKT strategiyası və “Əşyaların İnterneti”nə dair Planlar”, “Əşyaların İnterneti” Mühiti və Marketinq Təhlili” ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunacaq.

Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə olunacaq.

 Eyni zamanda, forumda “ağıllı əşya”lar sənayesinin inkişafı üçün açıq və neytral platformanın yaradılması, bu sahədə yaranan problemlər və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək.

 

 



TƏRƏFDAŞLAR