EN
RU
24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar Sərgi və Konfransı

4 - 7 dekabr 2018 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Rəsmi kataloq

Fotoqalereya

Sərgi qəzeti
Sərgi » Sərgi haqqında

“Bakutel 2017” sərgisi: İKT layihələri və texnologiyalarının qlobal əhəmiyyəti

5 dekabr tarixində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” sərgi və konfransı öz işinə başladı və beləliklə də “Yüksək Texnologiyalar Həftəsi”nə start verildi. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. “Bakutel” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İKT sahəsində aparıcı tədbirin dünyanın ən böyük şirkətlərini 23 ildir ki, Bakıda bir araya topladığını qeyd etdi. Sərgi aparıcı beynəlxalq ekspertlər, investorlar və istehsalçılar üçün görüş yeri statusu qazanıb. Onlar burada sektorun inkişafının ən vacib problemlərini müzakirə edir və hərtərəfli qərarlar qəbul edirlər. Sərgidə ən müasir texnologiya, layihə, xidmət və yenilikləri nümayiş olunur. “Bakutel 2017” sərgisində dünya brendləri ilə yanaşı, gənc perspektivli “startap”ların da təqdim edildiyini qeyd etmək lazımdır. Sərgi və konfrans, eləcə də bu tədbirlər çərçivəsində keçirilən görüş və peşəkar dialoqlar şübhəsiz ki, İKT sektorunda əməkdaşlığın qurulması və sektorun inkişafı baxımından mühüm rol oynayacaq.

“Caspian Event Organisers” şirkətinin baş direktoru cənab Edvard Stroon öz çıxışında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) minnətdarlığını ifadə edərək, “Bakutel 2017” sərgisində dünyanın 20 ölkəsini təmsil edən 192 şirkətin iştirak etdiyini vurğulayıb. Bu il 10 ölkə öz milli stendlərini təqdim edir. Sonda cənab Edvard Stroon iştirakçıları Azərbaycanın rabitə və yüksək texnologiyalı sektorunun işçilərin peşə bayramı günü münasibətilə təbrik edərək hər kəsə uğurlar və səmərəli fəaliyyət arzuladı.

Bu ilki sərgi dünyanın 20 ölkəsini təmsil edən 192 şirkəti bir araya toplayır. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında BMC Software, Hikvision, Qmatic, Nexus Telecom və digər yerli şirkətlər var. Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edirlər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və  əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq.

20 ildən artıq müddət ərzində tədbirin iştirakçısı olmuş “Azercell” şirkəti “Bakutel” sərgisinin baş sponsoru qismində çıxış edir.

Ənənəvi olaraq, sərgini xarici mütəxəssislər, İKT qurumların rəhbərləri ziyarət edirlər. Bu il sərginin şərfəli qonaqları arasında: Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhao, Regional Rabitə Birliyin baş direktoru Nurudin Muhitdinov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Halil İbrahim Akca, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mohammad-Cavad Azari Jahromi, Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforov, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslan, Qazaxıstan Respublikasının İnformasiya və Rabitə Nazirliyinin Telekommunikasiya üzrə Komitəsinin sədri Adil Kozhikhov, Belarus Respublikasının rabitə və  informasiyalaşdırma nazirinin müavini Anna Rabova, Əfqanıstan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Mohammad Hadi Hedayati, Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin (TRA) baş direktoru Hamad Al Mansoori, "İntersputnik"in baş direktoru Vadim Belov və digərləri yer alır.

Ənənəvi olaraq, sərgi gənc dizaynerlərə öz ixtira, proqram və xidmətlərini regionun ən böyük İKT tədbiri çərçivəsində tanıtmağa imkan yaradır. Bununla əlaqədar olaraq sərgidə “startap”lara böyük diqqət yetirilir.

Sərgi çərçivəsində “B2B” formatlı görüşlər və danışıqlar keçirilibdir.

 

“Bakutel” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi “Bakutel” sərgisinin beynəlxalq nüfuzundan xəbər verir.  Sərgi öz işini dekabr ayının 8-i bitirəcək.


TƏRƏFDAŞLAR