EN
RU
23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı

5 - 8 dekabr 2017 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq

Stendin rezervasiyası
Ziyarətçilər üçün » İş rejimi


Sərginin iş saatları  ↑ 

 

5 dekabr, Çərşənbə axşamı   11:00 - 18:00
6 dekabr, Çərşənbə   10:00 - 18:00
7 dekabr, Cümə axşamı   10:00 - 18:00
8 dekabr, Cümə   10:00 - 16:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.


Keçirildiyi yer  ↑ 

"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515

Sərgiyə necə gəlmək olar:

"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • "Koroğlu" metro stansiyasından - N 136, 160, 171

 

 

Ziyarət qaydaları  ↑ 


Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

5 - 8 dekabr tarixlərində sərgiyə bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
Tələbələr və yaşı 17-dən az olan şəxslər yalnız 8 dekabr tarixində daxil ola bilərlər.
Yaşı 17-dən az olan şəxslər yalnız valideynlərin müşayiəti ilə sərgiyə daxil ola bilərlər.

Artıq bizim sərgilərdə xüsusi uşaq guşəsi fəaliyyət göstərir. Bu isə o deməkdir ki, siz sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları bizim peşəkarlara etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər. Bu xidməti sizə tərəfdaşımız - Aqil və Bilgi  şirkəti təklif edir. Öz işinin peşəkarları olan bu gənclər çoxdandır ki, maraqlı və qeyri-adi layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanıblar.

Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz sərgiyə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da sərgidə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Sərginin bütün iş günlərində sərgini pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan sərgiyə daxil olmaq;
  • Sərgi ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Sərginin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).

» Dəvətnaməni əldə edin


Sərgi kompleksinin ərazisində servis xidmətləri  ↑ 
  • Tibb məntəqəsi
  • Restoran
  • Qəhvə evi
  • Bankomat
  • Sərgi təşkilatçılarının stendi
  • Enerji yükləmə stansiyası
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi

 

 


Sizi sərgidə gözləyirik!


TƏRƏFDAŞLAR