23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı


5 - 8 dekabr 2017 • Bakı Ekspo Mərkəzi

Təşkilatçı » Şirkət haqqında

“Caspian Event Organisers” MMC

Ünvan


İndeks
Telefon
Faks
www
e-mail
 
Azərbaycan, Bakı,
Nobel prospekti 15,
Azure Biznes Mərkəzi, 7-ci mərtəbə
AZ1025
+994 12 4474774
+994 12 4478558
www.ceo.az
office@ceo.az
 

Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısı, o cümlədən bu kimi tədbirlərin peşəkar operatoru olan “Caspian Event Organisers” (CEO) şirkəti, regionda konfransların, eləcə də sərgilər, konqreslər və digər işgüzar tədbirlərin təşkili və servisi üzrə kompleks xidmətlər göstərir.

“Сaspian Еvent Оrganisers” şirkəti Azərbaycanda və Xəzəryanı regionda beynəlxalq sərgi və konfransların aparıcı təşkilatçısı olan, hər il 25-dən artıq tədbirin, o cümlədən regionda “CASPIAN OIL & GAS” - Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı, “BakuBuild” - Xəzər İnşaat Həftəsi, “BakuTel” - Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” və bir çox digər irimiqyaslı və mühüm tədbirlərin həyata keçirilməsini təşkil edən “ITECA Caspian” şirkətinin əsas tərəfdaşıdır.

Uğurlu görüşlər, konfranslar və irimiqyaslı konqreslərin təşkili sahəsində 15 ildən artıq təcrübəsi olan “CEO” şirkətinin kollektivi dövlət orqanları, beynəlxalq təşkilatlar və transmilli korporasiyaların etibarını qazanmaqla yanaşı, sözügedən strukturlarla uzunmüddətli və sıx əməkdaşlıq sayəsində etibarlı tərəfdaş kimi böyük nüfuza sahib olmuşdur.

“ADEX” – Beynəlxalq Müdafiə sənayesi sərgisi, “SOCAR OGPC” Forumu və digər bu kimi təşkil olunan tədbirlərin miqyası və əhəmiyyəti “СЕО” şirkəti tərəfindən təqdim olunan xidmətlərin yüksək peşəkarlığını bir daha sübut edir.

Xəbərlər

Bütün xəbərlər